Serkan Ramanlı () — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.

Həyatı Serkan Ramanlı 1980-ci ildə Batman ilində anadan olub. İbtidai, orta və lisey təhsilini Batman ilində alıb. Van Yüzüncü İl Universiteti Ədəbiyyat Bölməsindən və Səlcuq Universiteti Hüquq Bölməsindən məzun olub.

Hüquqşünas olaraq çalışıb. Batman Bürosunun Baş Katibi və sədr müavini vəzifələrində təmsil olunub.

Hürr Dava Partiyasının qurucularından olub. Hazırda Hürr Dava Partiyasının sözçüsü vəzifələrində çalışır.

2023-cü il mayın 14-də Hürr Dava Partiyasının namizədi olaraq Ədalət və İnkişaf Partiyası siyahısından Batman ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM İnsan Hüquqları Araşdırma Komissiyasının üzvü vəzifəsində təmsil olunub.

Kürdcə və ingiliscə bilir. Evli və 2 uşaq atasıdır.

İstinadlar

Kateqoriya:TBMM XXVIII çağırış deputatları