Bülent Kaya () — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.
Həyatı Bülent Kaya 1973-cü ildə Diyarbəkir ilinin Ergani ilçəsində anadan olub. İstanbul Universiteti Hüquq Bölməsindən məzun olub.
Müstəqil hüquqşünas və hüquq məsləhətçisi olaraq çalışıb. Anadolu Gənclər Dərnəyində, həmçinin Mədəniyyət və Təhsil Vəqfində çalışıb.
Səadət Partiyası sədrinin hüquq məsələləri üzrə müavini vəzifəsində çalışır.
2023-cü il mayın 14-də Səadət Partiyasının namizədi olaraq Cümhuriyyət Xalq Partiyasının siyahısından İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Səadət Partiyası qrupunun sədr müavini vəzifəsində təmsil olunub.
Evli və 4 uşaq atasıdır.
İstinadlar
Kateqoriya:TBMM XXVIII çağırış deputatları Kateqoriya:İstanbul Universitetinin Hüquq fakültəsinin məzunları