Nizami Qafarov- (11 iyun, 1985 , Bakı) – 2007-ci ildə Ukrayna Respublikasının Kiyev şəhərində keçirilən Avropa oyunlarının (1st European Games of Non-olympic sports 2007) qalibi , kəmər güləşi (belt wrestling) üzrə 2009-cu ildə Özbəkistan Respublikasının Daşkənd şəhərində keçirilən Dünya birinciliyinin bürünc mükafatçısı , Grappling güləşi üzrə 2024-cü ildə Azərbaycan Respublikasının Bakı şəhərində keçirilən Avropa birinciliyinin bürünc mükafatçısı , Grappling güləşi üzrə 2026-cı ildə AIGA Avrasiya birinciliyinin qalibi, Kəmər güləşi üzrə 2026-cı ildə Dünya birinciliyinin gümüş mükafatçısı, Kəmər güləşi üzrə 2026-cı ildə VI Dünya Köçəri Oyunlarının bürünc mükafatçısı

Həyatı Nizami Rafiq oğlu Qafarov 1985-ci il , 11 iyun tarixində Bakı şəhərində anadan olub. 2001-ci ildə Bakı şəhərində yerləşən 252 saylı orta məktəbi bitirmişdir.

2005-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (Azərbaycan Dövlət Neft Akademiyası) Neft-qaz çıxarma sənayesinin menecmenti ixtisasını bitirib.

2019-cu ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat mühəndisi ixtisasını bitirib.

2022-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin MBA üzrə magistr pilləsini ingilis bölməsi üzrə fərqlənmə diplomu ilə bitirib.

2005–2006-cı illərdə N saylı hərbi hissənin kəşfiyyat bölüyünün manqa komandiri olaraq hərbi mükəlləfiyyətini yerinə yetirmişdir.

Fəaliyyəti Nizami Rafiq oğlu Qafarovun fəaliyyəti paralel 2 istiqamətdə — idman və korporativ istiqamətlərdə formalaşmışdır.

İdman fəaliyyəti- İdman ilə məşğul olmağa 2001-ci ildə Universitetə daxil olduqdan sonra başlamışdır.Yunan-Roma güləşi üzrə Bakı şəhər birinciliyinin dəfələrlə qalibi və mükafatçısı , Azərbaycan birinciliyinin dəfələrlə mükafatçısı, 2005-ci ildə keçirilən Azərbaycan Silahlı Qüvvələri birinciliyinin qalibi olmuşdur. Sərbəst güləş üzrə böyüklər arasında Bakı şəhər birinciliyinin qalibi və Respublika birinciliyinin bürünc mükafatçısı , Sambo güləşi üzrə böyüklər arasında Respublika birinciliyinin bürünc mükafatçısı olmuşdur.

2007 , 2008 , 2009, 2010-cu illərdə sumo güləşi üzrə Azərbaycan birinciliklərinin 115 kq çəki dərəcəsində qalibi olmuşdur.

2019-cu ildə Grappling güləşi üzrə 100 kq çəki dərəcəsində Azərbaycan birinciliyinin qalibi olmuşdur.

2024-cü ildə Grappling güləşi üzrə 100+ kq çəki dərəcəsində Azərbaycan birinciliyinin qalibi olmuşdur.

2025-ci ildə Kəmər güləşi üzrə 100+ kq çəki dərəcəsində Azərbaycan birinciliyinin qalibi olmuşdur.

2026-cı ildə Grappling güləşi üzrə 130 kq çəki dərəcəsində Azərbaycan birinciliyinin qalibi olmuşdur.

2007-ci ildə Ukrayna Respublikasının Kiyev şəhərində keçirilən Avropa oyunlarının (1st European Games of Non-olympic sports 2007) sumo güləşi üzrə 115 kq çəki dərəcəsində qızıl medalını qazanmışdır.

2009-cu ildə Özbəkistan Respublikasının Daşkənd şəhərində keçirilən kəmər güləşi üzrə Dünya birinciliyinin 100 kq çəki dərəcəsində klassik və kuraş növü üzrə 2 ədəd bürünc medalını qazanmışdır.

2024-cü ildə Azərbaycan Respublikasının Bakı şəhərində keçirilən Grappling güləşi üzrə Avropa birinciliyinin 130 kq çəki dərəcəsində bürünc medalını qazanmışdır.

2026-cı ildə Azərbaycan Respublikasının Bakı şəhərində keçirilən Grappling güləşi üzrə AIGA Avrasiya birinciliyinin 100+ kq çəki dərəcəsində qızıl medalını qazanmışdır.

2026-cı ildə Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində keçirilən Kəmər güləşi üzrə Dünya birinciliyinin 130 kq çəki dərəcəsində gümüş medalını qazanmışdır.

2026-cı ildə Qırğızıstan Respublikasının paytaxtı Bişkek şəhərində keçirilən VI Dünya Köçəri Oyunlarının Kəmər güləşi üzrə 100+ kq çəki dərəcəsində bürünc medalını qazanmışdır.

Korporativ idarəetmə fəaliyyəti- 2007-ci ildən əsasən Tikinti sektorunda olan ölkədaxili və beynəlxalq layihələrdə idarəçi olaraq fəaliyyət göstərmişdir. Hal-hazırda "CREDIBLE-ECPMO" MMC-də şirkətin direktoru olaraq fəaliyyət göstərir.

İstinadlar

https://uww.org/event/senior-u20-u17-european-grappling-championships/medal-summary https://azertag.az/en/xeber/azerbaijani_sumo_wrestler_grabs_gold_medal_at_first_european_sport_games-567966 https://web.archive.org/web/20071102232707/http://www.kmu.gov.ua/sport/control/uk/publish/article?art_id=79459&cat_id=74668 http://www.sporta-klubi.lv/rus/galerei/pasaules-cempionats-jostu-cina-2009-uzbekistan-taskent-22-26-10.html https://azertag.az/xeber/sumo_uzre_birinci_azerbaycan_chempionatinin_qalibleri_melum_olmusdur-376889 https://xeber.azeri.net/idman/sumo-cempionati-basa-catib https://azertag.az/xeber/bakida_sumo_ve_cudo_uzre_birinci_beynelxalq_festival_basa_chatmisdir-439505 https://sumo.az/result/az-rbaycan-cempionatlari/ https://smoothcomp.com/ua/event/27154 https://www.mys.gov.az/az/xeberler/kemer-gulescilerimizden-29-medal https://www.instagram.com/aminaazif.az/p/Dc--aL2McIv/?hl=en

Xarici keçidlər AZƏRTAC SPORTAKLUBI The Ministry of Family, Youth and Sports of Ukraine 1st European Sports Games for non-Olympic sportsthumb|92x92pxthumb|99x99px thumb|62x62pxthumb|74x74pxthumb|66x66pxthumb|77x77pxthumb|59x59px