right|thumb|481x481px| İsrailin və İsrail tərəfindən işğal olunmuş ərazilərin statusunu göstərən xəritə.

İsrailin işğal etdiyi ərazilər — İsrailin 1967-ci il Altıgünlük müharibədən bəri işğal etdiyi Fələstin ərazilərini və Colan təpələri üçün istifadə edilən ifadə. Əvvəllər Sinay yarımadasını və Livanın cənubunu da işğal etmişdir. Altıgünlük müharibədə İsrailin qələbəsindən əvvəl Fələstin ərazilərinin işğalı Misir və İordaniya arasında bölünmüş, birincisi Qəzza zolağını, ikincisi isə İordan çayının qərb sahilini ilhaq etmişdir. Sinay yarımadası və Colan təpələri müvafiq olaraq Misir və Suriyanın suverenliyi altında idi. "İşğal edilmiş" və "ərazilər" terminləri İsraillə bağlı ilk dəfə Altıgünlük Müharibədən sonra hazırlanmış Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 242 saylı Qətnaməsində birgə formada istifadə edilmişdir. Burada qeyd edilmişdir: "Yaxın Şərqdə ədalətli və davamlı sülhün bərqərar olması aşağıdakı hər iki prinsipin tətbiqi ilə" əldə ediləcək: "İsrail Silahlı Qüvvələrinin son münaqişədə işğal olunmuş ərazilərdən çıxarılması; Bütün iddialara və ya döyüş vəziyyətlərinə xitam verilməsi və bu ərazidəki hər bir dövlətin suverenliyinə, ərazi bütövlüyünə və siyasi müstəqilliyinə və onların təhlükəsiz və tanınmış sərhədlər daxilində təhdidlərdən və ya güc aktlarından azad şəkildə sülh şəraitində yaşamaq hüququna hörmət edilməsi və tanınması".

İsrail 2005-ci ildə Qəzzə zolağından birtərəfli qaydada ayrılmışdır. BMT və bir sıra insan hüquqları təşkilatları İsraili Qəzzə zolağının blokadasına görə işğalçı dövlət hesab etməkdə davam edir."Human Rights Council Special Session on the Occupied Palestinian Territories" July 6, 2006; Human Rights Watch considers Gaza still occupied. İsrail bu xarakteristikanı rədd edir.

24 sentyabr 2021-ci ildə BMT Baş Assambleyasında çıxış edən Fələstin Prezidenti Mahmud Abbas İsrailə Fələstin əraziləri üzərindəki hərbi işğalına son qoyması üçün bir illik ultimatum vermiş və bunu etməməsinin nəticə verəcəyini bildirmişdir. O, ultimatumun icra olunmaması halında Fələstinin 1993-cü ildə qəbul etdiyi "İsrailin 1967-ci il sərhədləri əsasında tanınması" bəndini həyata keçirməyəcəyini və məsələnin Beynəlxalq Ədalət Məhkəməsinə çıxaracağını bildirmişdir. Abbas çıxışında İsrailin siyasətini "aparteid" və "etnik təmizləmə" ilə əhatə edən siyasət kimi qiymətləndirmişdir."Frustrated Abbas gives Israel ultimatum in harsh UN address." The Washington Post, September 24, 2021.

İstinadlar

Xarici keçidlər "From 'Occupied Territories' to 'Disputed Territories'" by Dore Gold "Israeli Water Interests in the Occupied Territories", from Security for Peace: Israel's Minimal Security Requirements in Negotiations with the Palestinians , by Ze'ev Schiff, 1989. Retrieved October 8, 2005. Howell, Mark (2007). What Did We Do to Deserve This? Palestinian Life under Occupation in the West Bank, Garnet Publishing. ISBN 978-1-85964-195-8 Occupied Palestinian Territory, The Office of the United Nations High Commissioner for Human Rights (OHCHR)

Kateqoriya:Fələstin–İsrail münaqişəsi Kateqoriya:Qərbi Asiya Kateqoriya:İnsan hüquqları Kateqoriya:Mübahisəli ərazilər Kateqoriya:Fələstin Dövləti Kateqoriya:1967-ci ildə yaranmış dövlətlər və ərazilər