Müzəyyən Şevqin () — geologiya mühəndisi və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı.
Həyatı Müzəyyən Şevqin 1961-ci ildə Adana ilində anadan olub. Çuxurova Universiteti Geologiya mühəndisliyi bölməsindən məzun olub. Həmin universitetdə magistr dərəcəsi və mühəndis geologiyası üzrə PhD dərəcəsi alıb.
Geologiya mühəndisləri Palatasının Adana şöbəsinin sədri olub. Adana Şurası, Yüreğir Şurası, Mühəndis və Memarlar Palataları İttifaqı (TMMOB) Qadınlar Komissiyasında və Şəhər Problemləri Simpoziumlarında çalışıb.
Siyasətə Cümhuriyyət Xalq Partiyasında qoşulub. 2018 və 2023-cü illərdə Adana ilindən Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. 27 və 28-ci çağırışlarda TBMM Sənayə, ticarət, enerji, təbii sərvətlər, informasiya və texnologiyalar Komissiyasının üzvü olub.
İngiliscə bilir. Evli və 2 uşaq anasıdır.
İstinadlar
Kateqoriya:Cümhuriyyət Xalq Partiyasının üzvləri Kateqoriya:TBMM XXVII çağırış deputatları Kateqoriya:TBMM XXVIII çağırış deputatları Kateqoriya:Türkiyənin qadın deputatları Kateqoriya:Türkiyə akademikləri