Rus-Qumuq müharibələri (qumuqca:Orus-Qumuq Dawlar) — XVI-XIX əsrlər boyunca, eləcə də XX əsrin əvvəllərinə qədər davam etmiş və ruslarla qumuqlar arasında baş vermiş üsyanlar, hərbi münaqişələr nəzərdə tutulur.
XVI əsrdən etibarən Rus çarlığı və ya daha sonrakı adı ilə Rusiya imperiyası ilə müxtəlif qumuq dövlətləri, bəylikləri arasında hərbi münaqişələr yaşanmışdır. Rusiya ilə hərbi münaqişəyə girmiş qumuq dövlətləri Tərki şamxallığı, Mehdioğlu xanlığı, Endirey bəyliyi, Utamış sultanlğı, Qaytaq usmiliyi və digər dağıstanlı qurumlardır. XVIII əsrin sonunda, eləcə də Qafqaz müharibəsinin sonunda, XIX əsr boyunca və XX əsrin əvvəllərində bu münaqişə şamxallıq ərazisində, Şimali Qumuqiyada, Cənubi Qumuqiyada üsyanlar, ayrı-ayrı kəndlərin müstələkə siyasətinə qarşı etirazları formasında davam etmişdir. Bu münaqişələr nəticəsində xeyli sayda qumuq icmaları və kəndləri ruslar tərəfindən tamamilə dağıdılmışdır. Zəmin XVI əsrin əvvəllərində Qızıl Ordanın süqut etməsi ilə bəzi qumuq hakimlərinə öz hakimiyyətlərini şimala doğru genişləndirmə imkanı formalaşdı. Tezliklə Tümən xanlığı (və ya digər adı ilə Şamxal və ya Qafqaz Tüməni) hökmdarları şamxalların təsiri altında düşdü. Bu qurumun mərkəzi Terek çayının ağızı hövzəsində idi. Qərbdə şamxallığın maraqları adıqların kabardalı qolu, şimalda isə Həştərxan xanlığı ilə toqquşmaqda idi.
Tümən xanlığının XVI əsrin birinci yarısındakı hökmdarları, çərkəzlərin, qumuqların və digər türk tayfalarının yardımına arxalanaraq tez-tez Həştərxan xanlığının daxili işlərinə müdaxilə edirdilər. Hətta 1532-ci ildə Murtəzanın oğlu, Əhmədin nəvəsi və Tümən hakimi Ağ-Qubəy Həştərxan taxtına təyin edildi. 1556-cı ildə Həştərxan xanlığı ruslar tərəfindən işğal edildilər. Bu hadisə və rus çarı IV İvanın kabardiyalı Temrukun qızı Mariya ilə evlənməsi tədricən Rusiyanın Qafqazın daxili işlərinə müdaxilə etməsinə şərait yaratdı.
Rusiyanın erkən hücumları 1557-ci ildə Kabarda elçiliyi Həştərxana yollandı və oradakı rus hakim dairələrindən Tərki şamxallığına qarşı hərbi yardım tələb etdi. Eyni tələb 1557-ci ildə Temruk İdarovun oğlu və Kabarda şahzadəsi tərəfindən yenidən dilə gətirildi. Qafqazşünas E. Kuşevaya görə, bu müraciətlərin əsas səbəbi kabardalıların şamxallığa qarşı olan düşmən münasibəti idi. Müraciətlərdən qısa müddət sonra IV İvan şamxallığa və Qafqaz Tüməninə qarşı ruslardan ibarət bir ordu göndərdi.
1560-cı ilin yayında voyvoda ordusu I. S. Çeremisinovun komandanlığı altında Həştərxandan dəniz yolu ilə yürüşə başladı. Bu ordunun məqsədi Tərki şamxallığının paytaxtı Tərkini ələ keçirmək idi. Ruslar şəhəri ələ keçirsələr də, onu əllərində saxlaya bilmədilər və onu yandırmaqla kifayətləndilər.Текст из «Лебедевской летописи» — лл. 229 об., 230 (ПСРЛ. — c. 29. — s. 289). Тот же текст, но с другой орфографией, в «Никоновской летописи» (ПСРЛ. — c. 13, 2-я пол. — s. 330).
Bu hadisə belə şamxalın kabardalıların işlərinə müdaxilə etməsini durdurmasına səbəb olmadı. Temruk İdaroviç və çarlığın birləşmiş ordusu ilə qumuq hökmdarı Şamxal Budayın kabardalı müttəfiqi Psimkao Kaytəkinin birləşmiş ordusu arasında həlledici döyüş 1566-cı ildə baş verdi. Döyüşdə Şamxal Buday, onun qardaşı Surxay və kabardiyalı müttəfiqlərinin ölümü ilə nəticələndi. Döyüş böyük əhəmiyyətə malik idi. Nəticədə şamxallığın qərb əraziləri onun nəzarətindən çıxdı. XVI əsrdən başlayaraq şamxallar buradan yasaq adlanan vergi toplayırdılar. Belə ərazilər Balkariyadan Qaraçay bölgəsinə qədər uzanmaqda idi.
Bu qələbədən sonra İdarovlar rus köməyi ilə edəcəkləri yürüşlərin istiqamətini Tümən xanlığına və onun hökmdarı Soltaneyin üzərinə yönləndirdilər. Soltaney də Budayın müttəfiqlərindən biri idi və ümidsiz bir şəkildə rus-kabardalı hücumuna qarşı müqavimət göstərdi. 1588-ci ildə rus streleslər Tümən xanlığı ərazisinin mərkəzində, Terek çayı sahilində Tərki qalasının əsasını qoydular.
İki il sonra yenidən şamxalların torpaqlarına hücum edilsə də, hücumun qarşısı qumuqlar tərəfindən alındı. Tümən xanlığının tam olaraq rusların əlinə keçirilib ilhaq edilməsi isə 1594-cü ildə baş verdi.
Xvorostininin Dağıstan yürüşü (1594) Gürcü hökmdarı II Aleksandr və qumuq Qrım-Şamxal ( şamxalın müavini, Şamxalın qohumu və ənənəvi olaraq taxtın varisi hesab olunan şəxs) ruslarla ittifaq etməyə başladılar. Bundan sonra voyvoda Xvorostininin rəhbərliyində altında 5 min nəfərlik rus ordusu Koysinski qalasından Tərkiyə doğru hücuma başladı. Şamxal ruslara qarşı açıq döyüşlərə getməməyə üstünlük verdi. İstehkamları kifayət qədər güclü olmadığından Tərki tez bir zamanda işğal edildi.
Şamxal danışıqlara başlamadı və ruslarla böyük toqquşmalara girməkdən yayındı. Şamxal ruslara qarşı kiçik yürüşlər həyata keçirdi və Tərki şəhərini mühasirədə saxlamaqla onları tükətməyə çalışırdı. Bütün bu günlər ərzində qumuqlar ruslara nə gündüz, nə də gecə dinclik vermədilər. Rus generalı V. Pottoya görə:
Şamxal gözləmə-gör döyüş metodunun tərəfdarı idi və Dağıstan qaydasına – əqrəbi quyruğundan tutmağa – əməl edirdi.
Rusların kommunikasiya yolları tamamilə kəsilmişdi. Mühasirə nəticəsində heç bir maddi-texniki təminat yükü Tərkiyə çatmırdı, nə də Tərkidən kənara çıxmaq təhlükəli idi. İsti havaya və ərzaq qıtlığına görə, rus ordusu arasında qızma xəstəliyi yayılmağa başladı. Həm xəstəliklərə, həm də qumuqlarla toqquşmalarda yaralanan rusların sayı hər gün durmadan artmaqda idi. Bütün bunlarla eyni zamanda, şamxalın ordusuna hər gün yeni qüvvələr qatılmaqda idi və paraleldə də, onun ordusu mühasirə halqasını daha da daraldırdı.
Mühasirəyə alınanların vəziyyəti fəlakətli oldu və Xvorostinin Tərkidən geri çəkilməyə qərar verdi. Qaranlıq bir gecədə rus qoşunları Koisinski qalasına doğru geri çəkilməyə başladılar. Əvvəlcə geri çəkilən qoşunlar dağıstanlıların səpələnmiş hücumlarına tab gətirə bildilər, lakin şamxalın başçılıq etdiyi əsas qüvvələrin özünün gəlişi rusları ağır yükləri və yaralıları tərk etməyə məcbur etdi.
Bu yürüşün nəticəsində Koysinski qalasına geri dönməyi bacaran rus ordusunun sayı çox az idi. Belə ki, qaladan çıxan ordunun yalnız 1/4 hissəsi geri dönə bilmişdi. Bu yürüş zamanı həyatını itirən rusların ümumi sayı 3 min nəfər idi. Bəzi yerli nağıllara görə, yürüşə çıxan 1000 Terek (Qrebenski) kazakından 700-dən çox adam evə qayıtmayıb. Kampaniya ruslar üçün heç bir nəticə vermədi. thumb|Rus streleslər
Buturlinin hərbi yürüşü (1604-1605) XVII əsrin əvvəllərində Şimali Qafqaz daxili münaqişələrə qərq olmuş vəziyyətdə idi. Bu daxili münaqişələr zamanı yerli feodallar tez-tez qonşu güclərdən kömək istəyirdilər. Rusiya çarlığının kabardiyalı vassalları, eləcə də Okotsk murzaları bu münaqişələr zamanı Moskvanın genişlənmə siyasətini dəstəkləyirdilər. Rusiyanın münaqişələrə qarışmasını gürcülərin onlardan yardım üçün müraciət etmələri də sürətləndirdi. Gürcülər Osmanlının müttəfiqi şamxallıq ilə mübarizədə ruslardan yardım istəmişdilər.
Rusların müdaxiləsi üçün uyğun şərait də var idi, çünki Osmanlı imperiyası ilə Səfəvi imperiyası arasında yeni müharibə başlamışdı. Çarlıq yaranmış münbit şəraiti dəyərləndirmək üçün Dağıstana yeni yürüş təşkil etmək barədə qərar qəbul etdi. Rus ordusuna 10 min nəfərlik streleslər, yaitsklar və Terek kazakları daxil idi. Rus ordusu həmçinin, bəzi ruspərəst kabardiyalı feodallar və Okotsk murzaları tərəfindən də dəstəklənməkdə idi. Bu birləşmiş ordu regionda çox güclü qüvvəyə sahib idi. Hollandiyalı tacir İsaak Massa bildirir ki, voyvode İvan Mixailoviç Buturlin tərəfindən komandan edilən ordudakı döyüşçü sayı 50 min nəfər idi. Bu say digər qaynaqlar tərəfindən dəstəklənmir və güman ki şişirdilmədir. 1604-cü ildə çarlıq ordusu yürüşə başladı.
1594-cü ildə olduğu kimi qumuqlar ruslarla böyük toqquşmaya girməkdən yayındılar və gerilla müharibəsinə girişdilər. Rus ordusu bütün qumuq torpaqlarını ələ keçirdi və Tərkiyə hücumlar təşkil etdi. II Şamxal Surxay öz ordusu üzərində səlahiyyəti təşəbbüskar qardaşı oğlu Sultan-Muta verərək Avar xanın qalalarına çəkildi. Tezliklə Buturlin təchizat çatışmazlığı ilə üzləşdi və ordusunun bir hissəsini Həştərxana və Tərki qalasına göndərmək məcburiyyətində qaldı. Geri çəkilən qoşunlar Sultan-Mutun hücumuna məruz qaldılar, lakin əhəmiyyətli itkilərə səbəb olan hücumları dəf edə bildilər.
Bu yürüş zamanı şazhadə Sultan-Mut ruslara qarşı bütün qumuqların və digər dağıstanlı feodalların ittifaqını qurmağı bacardı. Hətta onun ordusunu bəzi anti-rus kabardiyalı feodallar da dəstəkləyirdilər. Onlar əsasən Sultan-Mutun ana tərəfdən qohumları idilər. Osmanlı imperiyası da ona yardım etmişdi. Osmanlı sultanı I Əhmədin əmri ilə min nəfərlik yeniçəri və Krım tatarını Sultan-Muta yardım etməyə göndərmişdi. Birləşmiş ordu ruslar tərəfindən məskunlaşdırılan qalalara hücum edirdi. Koysinski və Ağdaşdakı digər rus qalaları ələ keçirildi. Belə bir şəraitdə Buturlin özünü tamamilə pis vəziyyətdə tapdı.
Qısa müddət sonra Sultan-Mut ordusu Tərkini mühasirəyə aldı. Qumuq döyüşçüləri xəndəkləri doldurdular, qala divarı səviyyəsində qum və şam ağacından bir təpə ucaltdılar. Ən mühüm rus dayaqları geniş atəş məsafəsinə malik iki yuxarı qüllə idi. Qüllələrdən birinin altına böyük bir barıt çəlləkləri qoyuldu. Partlayışdan sonra Moskva streleslərinin "ən yaxşı dəstələri" öldürüldü, yeniçərilər və Dağıstan qüvvələri qalaya hücum etdi. Qala divarının bir hissəsi dağıdıldı və qumuq qüvvələrinin çox hissəsi boşluğa töküldü. Bununla belə, ruslar hücum edənlərə böyük ziyan vurmaqla bütün hücumları dəf edə bildilər. Mühasirəyə alınanlar da böyük itki veriblər.
Daha çox toqquşmanın mənasız olduğunu düşünən tərəflər danışıqlara başladılar. Onlar rus ordusunun təhlükəsiz şəkildə Tərkiyə çıxması haqqında razılaşma əldə etdilər. Lakin Qumuqiya və Dağıstan xalqı öz torpaqlarının xarabalığa çevrildiyini və çoxlu öldürülmüş həmvətənlərini tanıdıqdan sonra Sultan-Mutu geri çəkilən ruslara qarşı qəti addımlar atmağa sövq etdi. Tezliklə Buturlinin ordusu qumuqlar və müttəfiqləri tərəfindən mühasirəyə alndı və Qaraman döyüşündə darmadağın edildilər. Buturlinin özü də döyüşdə öldürüldü. Rus salnamələrində yazılana görə, döyüşdə öldürülən "boyarlardan əlavə olaraq", 7 min rus öldürülmüşdü. Nikolay Karamzin və digər qaynaqlarda rus itkilərini 6-7 min civarında göstərməkdədir. Karamzin bildirir ki, Qaraman döyüşü nəticəsində rusların aldığı ağır məğlubiyyət Şimali Qafqazın ruslar tərəfindən işğalını daha 118 il ertələməsinə səbəb oldu.
Hermençik döyüşü və 1651-1653-cü illər rus-qızılbaş qarşıdurması thumb|Səfəvi hökmdarı II Abbas Şamxallar və qumuqlar durmadan xarici siyasətlərində manevr etməyə məcbur hiss edirdilər və bu prosesi xaricdəki böyük qüvvələr arasında baş verən dəyişikliklər istiqamətləndirirdi. Yerli əsilzadələr üçün ən mühüm məsələ daim hərbi güclərini daha da artırmaq idi. Bu istiqamətdə əsas müttəfiq olaraq noqaylarla münasibətlər saxlanılırdı və onlara kalmıklara qarşı mübarizələrində tez-tez yardım edilirdi. “Dağlara yaxın köçəri yaşamaq” təklifi Sultan Mut tərəfindən noqaylara verilmişdir. Nəhayət, 1640-cı illərdə Şamxal III Surxay Çoban Murza İştereki kiçik bir noqay ordası ilə birlikdə öz torpaqlarına dəvət etdi. İşterek rusların bozqırlara hakimlik etmək siyasətinə qarşı uzun müddət idi ki, mübarizə aparmaqda idi. Şamxal noqaylara köməyini izah edərək Həştərxan voevodlarına yazırdı ki, “..biz, qumuqlar, atalarımızın qədim zamanlarından qonaqlarımızı dəstəkləmişik və dəstəkləyirik”.
Noqayları yenidən rus nüfuz dairəsinə salmaq üçün. rus ordusu müttəfiqləri kabardalılar və kazaklar ilə birlikdə yenidən Qumuqiyaya, xüsusən Tərkiyə göndərildilər. Bu zaman Sultan-Mutun oğlu və Endirey hakimi Qazanalp ruslar tərəfindən çıxış etməyə başladı. Həmçinin qaynaqlarda bildirilir ki, Otuzillik müharibədən sonra işsiz qalan bəzi isveçli muzdlu döyüşçülər də ruslar tərəfindən çıxış edirdi. 1649 və ya 1650-ci ildə Hermençik döyüşü baş verdi və döyüşdə Qumuq-Noyaq ordusu qələbə qazandı, ruslar məğlub edildilər. Bundan sonra Endirey hakimi yenidən şamxaldan asılılığı qəbul etməyə məcbur oldu.