Yevgeni Dianov () – rus fiziki, akademik. 2002-ci ildən Rusiya Elmlər Akademiyasının Rəyasət heyətinin üzvü. SSRİ Dövlət mükafatı laureatı (1974). Rusiya Federasiyasının Dövlət mükafatı laureatı (1998).

Moskva Dövlət Universitetini bitirmişdir (1960). 1960–83 illərdə SSRİ EA-nın P. N. Lebedev adına Fizika İnstitutunda, 1983-cü ildən Rusiya Elmlər Akademiyasının Ümumi fizika institutunda işləmişdir, 1994-cü ildən bu institutun nəzdində Lif Optikası Elmi Mərkəzinin direktoru olub. Əsas elmi işləri lazer fizikası və lif optikasına aiddir. Dianovun rəhbərliyi altında lif işıqötürənlər üzrə lazer şüalanmasının yayılmasım müşayiət edən hadisələr aşkar edilib öyrənilmiş, yeni tipli şüşə lif işıqötürənlər işlənib hazırlanmış və lif lazerlərinin yeni nəsli yaranmışdır.

İstinadlar

Kateqoriya:SSRİ fizikləri Kateqoriya:XX əsrin fizikləri Kateqoriya:Rusiya fizikləri Kateqoriya:SSRİ EA-nın müxbir üzvləri