İsrailli girovların fələstinli məhbuslarla dəyişdirilməsi — 2023-cü ildə Qəzzada müharibə zamanı yaraqlıların saxladığı girovların fələstinli məhbuslarla dəyişdirilməsi üçün İsrail və HƏMAS arasında aparılmış bir sıra mübadilələr. Danışıqlar Qətər, Misir və ABŞ-nin vasitəçiliyi ilə aparılmış, daha geniş müvəqqəti atəşkəs razılaşmasının bir hissəsi olmuşdur. İsraildə sövdələşmə "Cənnətin qapısı" əməliyyatı (), xarici vətəndaşların reabilitasiyası üçün alt proqram isə "Dostluq əli" əməliyyatı () adlandırılmışdır.

İsrail 107-si uşaq olmaqla 240 fələstinli məhbusu azad etmişdir. Onların dörddə üçü cinayət törətməkdə mühakimə olunmamışdır. Bunun müqabilində HƏMAS 81 İsrail, 23 Tayland və 1 Filippin vətəndaşı olan 105 mülki şəxsi azad etmişdir.

İstinadlar

Kateqoriya:Qəzzədə müharibə (2023–hal-hazırda) Kateqoriya:ABŞ–İsrail münasibətləri Kateqoriya:İsrail–Misir münasibətləri Kateqoriya:İsrail–Qətər münasibətləri Kateqoriya:Fələstin–Qətər münasibətləri Kateqoriya:Əsir mübadilələri