Rusiya–Ukrayna müharibəsində uşaq oğurluğu — Rusiya–Ukrayna müharibəsi zamanı Rusiyanın minlərlə ukraynalı uşağı öz nəzarəti altında olan ərazilərə zorla köçürməsi, onlara Rusiya vətəndaşlığı verməsi, zorla rus ailələrinə övladlığa verməsi və onların valideynlərinə və vətənlərinə qovuşmasına maneələr yaratması. Birləşmiş Millətlər Təşkilatı bu deportasiyaların müharibə cinayəti olduğunu bəyan etmişdir. Beynəlxalq Cinayət Məhkəməsi (BCM) bu prosesdə iştirak etdikləri iddia olunan Rusiya Prezidenti Vladimir Putinin (məcburi övladlığa götürmələri açıq şəkildə dəstəkləmiş, onlara şərait yaradan qanunlar qəbul etmişdir) və Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın həbsinə order vermişdir. Beynəlxalq hüquqa, o cümlədən 1948-ci il Soyqırım Konvensiyasına görə, bu cür hərəkətlər bir milləti və ya etnik qrupu tamamilə və ya qismən məhv etmək niyyəti ilə həyata keçirilirsə, soyqırım hesab olunur.
Ukraynalı uşaqlar onların valideynləri Rusiya işğalçı orqanları tərəfindən həbs edildikdən və ya işğalda öldürüldükdən sonra və ya aktiv müharibə zonasında valideynlərindən ayrıldıqdan sonra Rusiya dövləti tərəfindən oğurlanmışdır. İşğal olunmuş ərazilərdəki Ukrayna dövlət müəssisələrindən və Rusiya ərazisindəki uşaq "yay düşərgələri" vasitəsilə də uşaqlar oğurlanmışdır. Qaçırılan uşaqlar ruslaşdırmaya məruz qalmışdır.El Deeb, Sarah; Shvets, Anastasiia; Tilna, Elizaveta (13 October 2022). "How Moscow grabs Ukrainian kids and makes them Russians". Associated Press. Archived from the original on 20 March 2023. Retrieved 20 March 2023. Müharibə uşaqlarını yad bir xalqda və mədəniyyətdə böyütmək, onların milli kimliklərini silmək məqsədi güdürsə, soyqırım aktı təşkil edə bilər.
Ukrayna hakimiyyət orqanları 19,000-dən çox oğurlanmış uşağın şəxsiyyətini təsdiqləmiş, məlumatları "Müharibə uşaqları" onlayn platformasının bir hissəsi kimi toplayıb fəal şəkildə yeniləyir. Rusiya hakimiyyəti 2023-cü ilin ortalarına qədər 700,000-dən çox ukraynalı uşağın "evakuasiya edildiyini" iddia etmişdir, lakinUkraynanın uşaq hüquqları üzrə ombudsmanı oğurlanmış uşaqların faktiki sayının yüz minlərlə ola biləcəyinə inanır. "Save Ukraine" xeyriyyə təşkilatı oğurlanmış ukraynalı uşaqların repatriasiyası və ailələrinin birləşməsini asanlaşdırır.Cookman, Liz (17 April 2023). "The Kids Aren't Alright" . Foreign Policy. Retrieved 2 May 2023.
İstinadlar
Xarici keçidlər
Olesia Bida: Uprooted: An investigation into Russia’s abduction of Ukrainian children. In: YouTube, The Kyiv Independent. July 18, 2023 (54 minutes).
Kateqoriya:Rusiya–Ukrayna müharibəsi (2022–hazırda) Kateqoriya:Vladimir Putin Kateqoriya:Ukrayna diasporu Kateqoriya:Məcburi miqrasiya Kateqoriya:Avropa miqrant böhranı Kateqoriya:Ruslaşdırma Kateqoriya:Uşaqlar müharibələrdə Kateqoriya:Müharibə qanunları