Qarakolluq — Azərbaycan Respublikasının İsmayıllı rayonunun Aşıqbayramlı kənd inzibati ərazi dairəsində kənd. 11 iyun 2002-ci il tarixli 341-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə İsmayıllı rayonunun Qarakolluq kəndi Kürdmaşı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Aşıqbayramlı kəndi mərkəz olmaqla, Aşıqbayramlı kənd inzibati ərazi dairəsi yaradılmışdır.

Tarixi Qarakolluq kəndi 17–18 ci əsrlərdə Şamaxı quberniyası ərazisinə aid olan Taxtasan kəndindən çıxmış insanlar tərəfindən qurulmuşdur. Kənd adını yerləşdiyi yerdən almışdır. Qara tikanlı ərazi olduğundan Qarakolluq adlanmışdır. Əhalisi azərbaycan türkləridir.

Əhalisi Əhalisi 241 nəfərdir ki, onun da 118 nəfəri kişi, 123 nəfəri qadındır.

İstinadlar

Həmçinin bax

Kateqoriya:İsmayıllı rayonunun kəndləri