Sürix qnomları İsveçrə bankirlərinin ünvanına istifadə edilən aşağılayıcı bir termindir. İsveçrə bankirləri xalq arasında son dərəcə məxfilikləri ilə fərqlənirlər və onlar kimi sehrli nağıllardakı qnomlar da yerin altında gizli yaşayır, sərvətlərini hesablayırlar. Sürix İsveçrənin ticarət mərkəzidir.
Tarix İkinci Dünya Müharibəsindən sonra Britaniya Leyboristlər Partiyasının nümayəndələri funt-sterlinqə qarşı iqtisadi rejimi sarsıdan spekulyasiyalardan narahat idilər. Böyük Britaniyada iqtisadi artım aşağı idi. Funt sterlinqə tələb azalmağa başlamışdı.
1950-ci illərdən bəri Britaniyada İsveçrə bankirləri tənqid olunsa da, "Sürix qnomları" termini 1964-cü ilin noyabrında Leyborist siyasətçilərin böhranla bağlı yığışdıqları toplantıda yaranmışdır. Siyasətçilər İsveçrə bankirlərini funt sterlinqə qarşı spekulyasiyada günahlandırırdılar. Görüş zamanı siyasətçi Corc Braun isveçrəli bankirləri tənqid edərək, “Sürix qnomları yenidən iş başındadır” demişdir. "Sürix qnomları" termini o zaman dövrün bir çox başqa siyasətçiləri tərəfindən də istifadə edilmişdir. Sonra Baş nazir Harold Vilson qnomların gücünə qarşı müqavimət göstərəcəyinə söz vermişdi.
O dövrdə Sürixdə yüksək səviyyəli bankir olan Paul Rossi, "Dünyada əhəmiyyətli olan görüntü deyil, görüntünün arxasındakı olandır" dedi. Tədricən "Sürix qnomları" ifadəsini amerikalılar da istifadə etməyə başladılar.
Təsir Bu söz məşhurlaşdıqdan az sonra bir neçə isveçrəli bankir telefonlarına "Salam, qnom danışır" deyə cavab verməyə başladı. İfadə həmçinin İsveçrə özəl bankçılığının tarixi və praktikasına dair 1966-cı il tarixli TR Fehrenbach kitabında da öz əksini tapdı - Sürixin Gnomları.
21-ci əsrin əvvəllərində London, Nyu-York, Dubay və Honq-Konqun dünyanın aparıcı maliyyə paytaxtları kimi yüksəlməsi səbəbindən Sürix bankirləri qlobal iqtisadiyyatda öncə sahib olduqları mövqelərini itirdilər.
İstinadlar Kateqoriya:Sürix Kateqoriya:İsveçrədə bank işi