Con Börk Krasinski (; )John Krasinski Answers the Web's Most Searched Questions (WIRED, 2018). — amerikalı aktyor və kinorejissor. Con "Ofis" serialında Cim Halpert rolu ilə məşhurlaşıb. O, serialın doqquz mövsüm boyu prodüseri və ara-sıra rejissoru olub.
Con Krasinski Braun Universitetində və Milli Teatr İnstitutunda teatr sənəti üzrə təhsil alıb. O, çoxsaylı mükafatlara layiq görülüb, dörd "Emmi" mükafatına namizəd olub və iki "Ekran Aktyorları Gildiyası" mükafatı qazanıb. O, 2018-ci ildə Time jurnalı tərəfindən dünyanın ən nüfuzlu 100 insanlarından biri seçilib.
Krasinskinin 2018-ci ildə yazıb, rejissorluq edib və rol aldığı "Səssiz yer" filmi tənqidçilər və tamaşaçılar tərəfindən yüksək qiymətləndirilib. O, həmin il Amazon Prime Video-nun "Jack Ryan" adlı triller serialında baş rolu oynamış, həm də layihənin prodüserliyi ilə də məşğul olmuşdur.
Con 2018-ci ildə Sunday Night Productions kino şirkətinin əsasın qoymuşdur. Krasinski ingilis aktrisa Emili Blant ilə həyatı qurmuşdur, onların iki qızı var.
Həyatı Con Börk Krasinski 20 oktyabr 1979-cu ildə Bostonda anadan olub. Onun iki böyük qardaşı var. Onun anası irland, atası isə polyak mənşəlidir. Valideynləri onu Massaçusetsin Nyuton şəhərində katolik olaraq böyüdüblər.
Krasinski aktyorluq karyerasına 6-cı sinifdə oxuyarkən məktəb tamaşasında çıxış edərək başlamışdır. O, məktəbdə "Ofis" serialının rol yoldaşı B. J. Novak ilə məzəli bir tamaşada rol almışdı. Onların hər ikisi məktəbi 1997-ci ildə başa vurmuşdur. Con Krasinski kollecə daxil olmazdan öncə altı ay Kosta-Rikada ingilis dili müəllimi işləyib. Burada çimərlikdə olarkən o, bir qadını suda boğulmaqdan xilas edib. Kosta-Rikanı tərk etdikdən sonra o, Braun Universitetinə daxil olmuş və orada ingilis dili və dramaturqluq üzrə təhsil almağa başlamışdır. O, universiteti 2001-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir.
Filmoqrafiya Filmlər İl Ad Rol Qeydlər 2000 State and Main Judge's Assistant 2002 Fighting Still Life Tyler Qısametrajlı film Alma Mater Flea Club Candidate 1 2004 Kinsey Ben Taxi Messenger No. 3 2005 Duane Hopwood Bob Flynn Jarhead Corporal Harrigan 2006 Doogal Additional Voices ABŞ versiyası A New Wave Gideon For Your Consideration Paper Badge Officer The Holiday Ben Dreamgirls Sam Walsh 2007 Smiley Face Brevin Üçüncü Şrek Sir Lancelot (səsləndirmə) License to Wed Ben Murphy 2008 Leatherheads Carter Rutherford 2009 Brief Interviews with Hideous Men Ryan / Subject No. 20 Rejissor, ssenarist və prodüser Monsters vs. Aliens Cuthbert (voice) Away We Go Burt Farlander It's Complicated Harley 2011 Something Borrowed Ethan The Muppets Himself 2012 Nobody Walks Peter Big Miracle Adam Carlson Promised Land Dustin Noble Ssenarist və prodüser 2013 Monsters University "Frightening" Frank McCay (səsləndirmə) The Wind Rises Honjo (səsləndirmə) İngiliscə dublyaj 2014 The Prophet Halim (səsləndirmə) 2015 Aloha John "Woody" Woodside 201613 Hours: The Secret Soldiers of Benghazi Jack Silva The Hollars John Hollar Rejissor və prodüser Past Forward Man No. 1 Qısametrajlı film 2017 Born in China Narrator (səsləndirmə) Sənədli film Animal Crackers Owen Huntington (səsləndirmə) Detroit Norman Lippitt 2018 Sakit yer Lee Abbott Rejissor, ssenarist və prodüser Next Gen 7723 (səsləndirmə) 2020 Sakit yer 2 Lee Abbott Rejissor, ssenarist və prodüser 2021 Free Guy Silhouetted Gamer (voice) Kameo 2022 Doktor Strenc: Dəliliklərin multikainatında Reed Richards / Mister Fantastic DC League of Super-Pets Kal-El / Clark Kent / Superman (səsləndirmə) Televiziya İl Ad Rol Qeydlər 2003 Ed Process server Epizod: "Good Advice" 2004 Law & Order: Criminal Intent Jace Gleesing Epizod: "Mad Hops" 2005–2013 Ofis Jim Halpert Əsas rol 2005 Without a Trace Curtis Horne Epizod: "The Bogie Man" CSI: Crime Scene Investigation Lyle Davis Epizod: "Who Shot Sherlock" 2006 Amerikan ata! Gilbert (voice) Epizod: "Irregarding Steve" 2012 30 Rock Himself Epizod: "The Ballad of Kenneth Parcell" Head Games Narrator 3 epizod 2013 Arrested Development Spyder Foode Epizod: "The B. Team" 2014–2015 BoJack Horseman Secretariat (voice) Epizod "Later" and "The Shot" 2015 Lip Sync Battle Himself Epizod: "John Krasinski vs. Anna Kendrick" 2016 Robot Chicken Commercial Director / Mike Brady (voices) Epizod: "Secret of the Flushed Footlong" 2018–2023 Jack Ryan Jack Ryan Əsas rol; 30 epizod 2021 Saturday Night Live Özü (qonaq) Epizod: "John Krasinski/Machine Gun Kelly"
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Braun Universitetinin məzunları Kateqoriya:ABŞ səs aktyorları Kateqoriya:ABŞ aktyorları Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:ABŞ-nin Roma katolikləri