Çarlz Li (; ) — Britaniya zabiti, daha sonra Kontinental Orduda general-mayor. Li əvvəlcə Yeddiillik müharibədə vuruşmuş və Britaniya Ordusunda xidmət etmişdir. Müharibədən sonra zabitinin patentini satmış və bir müddət II Stanislavın Polşa ordusunda xidmət etmişdir. 1773-cü ildə Li Amerikaya köçmüş və Virciniyada əmlak almışdır. 1775-ci ildə ABŞ İstiqlal müharibəsi başlayanda üsyançı qüvvələrə könüllü olaraq xidmət etmişdir. O, Kontinental Ordunun Baş Komandanı olmağa ümid edirdi, lakin Konqres onu Corc Vaşinqtondan sonra ikinci komandan təyin etmişdir.
1776-cı ildə onun qoşunları Britaniyanın Sullivan fortuna hücum cəhdini dəf etmiş, bu da onun orduda və Konqresdəki mövqeyini gücləndirmişdir. Elə həmin il Çarlz Li Tarletonun draqunları tərəfindən tutulmuş və 1778-ci ildə mübadilə baş tutana qədər əsir saxlanılmışdır. Li bir çox sirləri ingilislərə ötürdüyü şübhəsi ilə amerikalılar tərəfindən mühakimə olunmuş, bundan sonra xidmətdən uzaqlaşdırılmışdır.
İstinadlar
Kateqoriya:Avropalı mühacir və ya sürgün edilmiş hərbi zabitlər Kateqoriya:Yeddiillik müharibə iştirakçıları