Zülfü Əsədzadə (tam adı: Zülfü Sabit oğlu Əsədzadə) — Azərbaycanlı müğənni, "Səs Azərbaycan"ın qalibi.
Həyatı Zülfü Əsədzadə 1994-cü il oktyabrın 9-da Mingəçevir şəhərində anadan olmuşdur. Təhsilinə 2001-ci ildə Mingəçevir şəhər 4 saylı orta məktəbdə başlamışdır. Məktəb yaşlarından musiqiyə, oxumağa həvəsi olduqca böyük olan Zülfü, 2005-ci ildə “Ana Kür” adlı müsabiqə ilə ilk dəfə olaraq musiqi həyatına qədəm qoyur. Müsabiqəni uğurla başa vurduqdan sonra Mingəçevir şəhər Bülbül adına 2 saylı uşaq musiqi məktəbinə daxil olmuş, məktəb xorunda solist kimi təhsilini davam etdirmişdir. 2006-cı ildə “Cazibə istedad sorağında” yarışmasında birinci yerə layiq görülmüşdür. Elə həmin ilin avqust ayında əməkdar artist Aybəniz Haşımovanın rəhbərlik etdiyi “Bülbüllər” vokal ansamblına solist seçilmişdir. 2012-ci ildə Mikayıl Müşfiq adına 18 saylı tam orta məktəbdən məzun olmuşdur. 2016-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bakalvr təhsilini başa vurmuşdur.
Fəaliyyəti
2023-cü ildə İctimai tvdə yayımlanan beynəlxalq layihə olan “Səs Azərbaycan” yarışmasına qoşulur və martın 21-də ümumxalq səsverməsi ilə yarışmanın qalibi olmuşdur.
2016-cı ildən solo fəaliyyətə başlayır. O Səs Türkiyə müsabiqəsində oxuduğu “Ay qız” mahnısı ilə bütün münsiflər heyətini özünə tərəf döndərə bilmişdi, bu hadisə Azərbaycan və Türkiyədə gündəm olmuşdu.
2006-2016-ci illərdə Bülbüllər qrupunun solisti olub, fəaliyyəti dövründə ölkə daxilində və xaricində konsertlər vermişdir.
2012-ci ildə Heydər Əliyevin 90 illiyinə həsr olunmuş universitetlər arası yarışmada birinci yerin qalibi olmuşdur. http://simsar.az/news/print-34172.html
Diskoqrafiya Sinqllar və kliplər Tarix Mahnı Söz / Musiqi Keçidlər 2023 Ruhumun əksi Orxan Mürvətli / Cavid Əhmədov Youtube 2023 Gələcəyəm Fəxrəddin Əliyev / Xumar Qədimova Youtube 2022 Gecə düşüncəsi Mikayıl Müşfiq / Elçin İmanov Youtube 2019 Son görüş Ziya Buludov / Arif Səlimov Youtube
Səs Azərbaycan | Doğma Nəğmələr Mahnı Söz / Musiqi Keçidlər Mavi gözündə Fikrət Qoca / Polad Bülbüloğlu Youtube Balaşın mahnısı Cəfər Cabbarlı / Fikrət Əmirov Youtube Ömür keçdi, gün keçdi Xalq Bayatıları / Emin Sabitoğlu Youtube İndi günah nə səndədir, nə məndə Həmid Abbas / Oqtay Rəcəbov Youtube
O ses Türkiye Mahnı Söz / Musiqi Keçidlər Ay qız Zeynal Cabbarzadə / Cahangir Cahangirov Youtube
Xarici keçidlər
Rəsmi Video və Audio kanalları Youtube kanalı Spotify Apple music Deezer Yandex music
Sosial media hesabları Instagram hesabı Facebook səhifəsi
İstinadlar
Kateqoriya:Azərbaycan musiqiçiləri