Almalı — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Zinzahal kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Kənd əvvəllər Almalı adlanan yamacda qonşu Zinzahal kəndindən köçmüş ailələr tərəfindən salınmışdır. Oykonim alma (meyvə ağacı) və -lı (varlıq, bolluq bildirən şəkilçi) komponentlərindən düzəlib, "alma bağı olan kənd" deməkdir.

Tarixi

Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi Kənd Murovdağ silsiləsinin yamacında, Gəncəçayın sahilində yerləşir.

Əhalisi İl Daimi əhali Kişilər Qadınlar199915879792009↘155=79↘76

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Mədəniyyəti Kənddə Almalı kənd kitabxana filialı, Almalı kənd klubu fəaliyyət göstərir.

Təhsil Kənddə Daşkəsən rayon Almalı kənd ümumi orta məktəbi fəaliyyət göstərir.

56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılmasına 5 aprel 2018-ci il tarixli "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na əsasən 262 000 manat vəsait ayrılmışdır.

Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə Kənddə səhiyyə müəssisəsi mövcud deyil.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Kateqoriya:Daşkəsən rayonunun kəndləri Kateqoriya:Zinzahal kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri