Zivlan — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Çanaqçı kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Güman ki, Qarabağdan köçüb gələn və kəndin əsasını qoyan ailələr Kəlbəcər rayonunun Zivel kəndindən olmuşlar və yeni saldıqları kəndi də Zivlan adlandırmışlar.

Tarixi Yerli məlumata görə, kəndi XVIII əsrin ortalarında Qarabağdan köçüb gəlmiş ailələr salmışlar.

Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi Kənd Zivlançayın sahilində, dağətəyi ərazidə yerləşir.

Əhalisi İl Daimi əhali Kişilər Qadınlar199913067632009↗142↘64↗78

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Mədəniyyəti Kənddə Zivlan kənd kitabxana filialı fəaliyyət göstərir.

Təhsil Kənddə təhsil müəssisəsi mövcud deyil.

Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə Kənddə Zivlan kənd tibb məntəqəsi yerləşir.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Kateqoriya:Daşkəsən rayonunun kəndləri Kateqoriya:Çanaqçı (Daşkəsən) kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri