Pol Tomas Anderson ( ) — amerikalı film rejissoru. O, müasir ABŞ kinosunun ən görkəmli rejissorlarından biri hesab olunur.
Həyatı Pol Tomas Anderson 26 iyun 1970-ci ildə Los-Anceles şəhərinin Studio City bölgəsində doğulub. Onun atası Erni Anderson Amerika Yayım Şirkətində çalışan aktyor idi. Pol dörd qardaş-bacısı ilə birlikdə San Fernando vadisində böyüyüb. Onun atasının ilk evliliyindən dünyaya gəlmiş beş ögey qardaş-bacısı var. Polun anası ilə olan münasibəti isə yaxşı deyildi. Pol daha çox atasına yaxın idi. Atası onu yazıçı və ya rejissor kimi karyera qurmaqda dəstək olmuşdur.
Karyerası Anderson Nyu-York Universitetinin Film Məktəbində oxuyub. O, həmin illər öz filmlərini çəkərək daha çox öyrənməyin mümkün olduğunu düşünərək məktəbi tərk etmişdir. O, ilk olaraq qısametrajlı filmlər və kliplər çəkmiş və bu sayədə öz üslubunu və istedadını inkişaf etdirmişdir.
O, rejissorluq karyerasına 1996-cı ildə lentə aldığı "Çətin səkkizlik" adlı ilk bədii filmi ilə başlayıb. Filmin uğuru Andersona daha böyük imkanlar təqdim etmişdir. O, 1997-ci ildə çəkdiyi "Boogie Nights" filmi ilə sıçrayış edib. 1970-ci illərdəki pornoqrafiya sənayesi haqqında olan bu film Andersonun şah əsəri hesab edilir. "Boogie Nights" ən yaxşı orijinal ssenari nominasiyasında "Oskara" namizədlik əldə etmişdir.
Andersonun növbəti böyük layihəsini 1999-cu ildə "Maqnoliya" filmi ilə gerçəkləşdirib. 'Maqnoliya" Berlin Beynəlxalq Film Festivalında "Qızıl Ayı" qazanın. Üstəgəl, "Oskar" mükafatına da namizəd oldu. Tom Kruz filmdəki çıxışına görə "Oskar" mükatına sahib olub.
Onun ən diqqətəlayiq əsərlərindən biri də 2007-ci ildə Deniel Dey-Lüisin baş rolda oynadığı "Qan töküləcək" filmidir. Neft kəşfçisinin hekayəsindən bəhs edən bu film, acgözlük və korrupsiya mövzusundadır. Anderson sözügedən filmə görə "Ən Yaxşı Rejissor" nominasiyası üzrə "Oskar"a namizədlik qazanmışdır.
Filmoqrafiya İl Ad Distributor 1996 Hard Eight Rysher Entertainment 1997 Boogie Nights New Line Cinema 1999 Maqnoliya New Line Cinema 2002 Punch-Drunk Love Sony Pictures Releasing 2007 There Will Be Blood Paramount Vantage / Miramax 2012 The Master The Weinstein Company 2014 Inherent Vice Warner Bros. Pictures 2017 Phantom Thread Focus Features / Universal Pictures 2021 Licorice Pizza United Artists Releasing / Metro-Goldwyn-Mayer
İstinadlar
Kateqoriya:ABŞ kinorejissorları Kateqoriya:BAFTA mükafatı laureatları Kateqoriya:ABŞ ssenaristləri Kateqoriya:ABŞ kinoprodüserləri Kateqoriya:Kaliforniya ssenaristləri Kateqoriya:ABŞ-nin Roma katolikləri Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:XX əsrin ssenaristləri