Kubernetes () və ya qısaca K8s — proqram təminatının yerləşdirilməsi, miqyası və idarə edilməsinin avtomatlaşdırılması üçün açıq mənbəli konteyner orkestrasiyası sistemi. Əvvəlcə Google tərəfindən hazırlanmış layihə hal-hazırda Cloud Native Computing Foundation tərəfindən idarə olunur.
Kubernetes adı qədim yunan dilindən gəlir, mənası "sükançı" və ya "pilot" deməkdir. Kubernetes tez-tez K və s arasındakı səkkiz hərfi sayılaraq K8s kimi qısaldılır.
Kubernetes containerd və CRI-O kimi müxtəlif konteyner iş mühitləri ilə işləyir. Onun böyük cloud-native iş yüklərini idarə edə bilməsi data mərkəzlərində geniş istifadəsinə səbəb oldu. Müstəqil proqram təminatı satıcılarından (ISV) bu platformanın çoxsaylı paylamaları ilə yanaşı əsas bulud satıcılarının buludda yerləşən təklifləri mövcuddur. Tarixi thumb|Google Cloud Summiti Kubernetes Google tərəfindən 2014-cü ilin ortalarında buraxılıb. Layihənin yaradıcısı Co Beda, Brendan Börns və Kreyq MakLakki idi və qısa müddət sonra digər Google mühəndisləri, o cümlədən Brayn Qrant və Tim Hakin də onlara qoşuldu.
Kubernetes-in dizaynı və inkişafı Google-un Borg klaster menecerindən təsirlənib. Ən çox töhfə verənlərin əksəriyyəti əvvəllər Borg üzərində işləmişdir. Kubernetes-ə Star Trek-in keçmiş Borg personajı şərəfinə "Project 7" kod adını verdilər və onun yeddimilli təkərini loqo olaraq seçdilər. C++ dilində yazılmış Borgdan fərqli olaraq, Kubernetes Go dilində yazılıb.
İstinadlar
Kateqoriya:Linux Foundation layihələri