Pavel (Pavlik) Manukyan () — Ermənistan hərbçisi və ictimai xadimi. O, Birinci Qarabağ müharibəsi iştirakçısı, Xocalı soyqırımını törədənlərdən biri, Müəssislər Məclisinin üzvü, "Sasna tsrer" qrupunun üzvü olmuşdur.
Həyatı 3 mart 1964-cü ildə Ermənistan SSR-nin Abaran rayonunda yerləşən Babakişi kəndində anadan olmuşdur. 1985–1987-ci illərdə SSRİ Silahlı Qüvvələrində xidmət etmişdir. 1990-cı ildə "Daşnaksutyun" partiyasına üzv olmuşdur. O, çox keçməmiş, bu strukturu erməni xalqının düşməni hesab edərək oranı tərk etmişdir. Birinci Qarabağ müharibəsində iştirak etmişdir, Xocalı soyqırımını törədənlərdən biri olmuşdur.
Mükafatları Pavel Manukyan hakimiyyətin yeritdiyi siyasətlə razılaşmadığı üçün aldığı bütün hərbi medallardan imtina etmişdir. 2018-ci ildə Ermənistanda inqilabdan sonra bütün mükafatları qəbul etmişdir.
Həmçinin bax Laçın hadisələri (2015)
İstinadlar
Kateqoriya:Ermənistan hərbçiləri Kateqoriya:Ermənistan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Xocalı soyqırımını törədənlər Kateqoriya:Sasna Tsrer Ümumerməni Partiyasının üzvləri