Elsevər Bəkirzadə () — Azərbaycanlı peşəkar futbolçu.

Karyerası Elsevər Bəkirzadə Zahir oğlu 1995-ci ilin 27 iyul tarixində Mingəçevir şəhərində anadan olmuşdur.https://www.ahaber.com.tr/canli-skor/oyuncu/elsevar-bakirzadeh/dziugas/lff-kupasi/lff-cup-2023 Futbola 2002-ci ildə Mingəçevir Uşaq Gənclər İdman Məktəbində başlamışdır. 2002–2007-ci illərdə Mingəçevirdə futbolla məşğul olduqdan sonra, 2007-ci ildə "Qarabağ"ın aşagı yaş qruplarına qatılıb. 2009-cu ildən Qəbələ futbol Akademiyasına seçilib. "Qəbələ"nin aşağı U15 və U17 yaş qruplarında əvəzedici ve əsas heyətində mübarizə aparmışdır.https://gabalafc.az/az/xeber/evezediciler-tesnifat-merhelesine-qelebe-ile-yekun-vurdular-fotoreportaj-556https://azertag.az/xeber/qebele_futbol_klubunun_evezedici_komandasi_gurcustanda_telim_mesq_toplanisindadir-26252 "Qəbələ" ilə 2009–2010-cu ildə 17 yaşlıların ölkə çempionatında çempionluq ve həmçinin 2011–2012-ci illərdə "Qəbələ"nin əvəzedici heyəti ilə brünc medallara layiq görülüb. 2014-cü ildə "Xəzər Lənkəran"a klubunda keçid edib. 2015-ci ildə "Xəzər Lənkəran"ın əsas heyəti ilə birlikdə qış təlim-məşq toplanışını keçirmək üçün Türkiyəyə yollamışdır.https://qafqazinfo.az/news/detail/xezer-lenkeran-antalyaya-yollandi-100724 2015-ci ildə "Xəzər Lənkəran"dan ayrılaraq 1-ci Divizonda mübarizə aparan "Şəmkir" klubunda forma geyinmişdir. 2015–2016-cı ildə "Mil-Muğan", 2017-ci ildə bir müddət "Sumqayıt"ın əvəzedici heyətində forma geyinmişdir."Sumqayıt" klubunun heyətində 609 dəqiqə meydanda mübarizə aparmış, 8 qol vurmuşdur.https://www.sportinfo.az/idman_xeberleri/evezediciler/24279.html 2018-ci ildə İsveçin 3-cü Divizion komandası olan "Liksele" komandasına keçib. Oradan da 2019-cu il Litvanın "Dziuqas" klubuna transfer olub. 2022-ci ildə "Mingəçevir" klubunda forma geyinməyə başlamışdır.https://rekord.az/news/mingecevirin-futbolcusuna-4-oyunluq-ceza/47028https://operativmedia.az/public/post/25486/mingecevir-qarabagin-iki-futbolcusunu-transfer-etdi 2023-cü ildə UEFA-dan məşqçilik üzrə C kateqoriyası əldə etmişdir 2023-cü ildə "Mingəçevir" klubu ilə yollarını ayıraraq karyerasına davam etmək üçün Estoniyaya köçdü.

Həmçinin bax

İstinadlar