Traybeka Festivalı () — Tribeca Productions tərəfindən təşkil edilən illik film festivalı. Hər il yaz mövsümündə Nyu-York şəhərində keçirilir, geniş çeşiddə filmlər, epizodlar, müzakirələr, musiqilər, oyunlar, incəsənət əsərləri təqdim edilir. Traybeka 2002-ci ildə Robert De Niro, Ceyn Rozental və Kreyq Hatkoff tərəfindən 11 sentyabr hücumlarından sonra Dünya Ticarət Mərkəzinin dağıdılması nəticəsində zərər çəkmiş Aşağı Manhetten () bölgəsinin iqtisadi və mədəni dirçəlişinə köməklik göstərmək üçün yaradılmışdır. Festival 2020-ci ilə kimi Traybeka Film Festivalı adı ilə bilinirdi.
Xarici keçidlər
Kateqoriya:2002-ci ildə Nyu-Yorkda yarananlar Kateqoriya:Nyu-Yorkda kinematoqrafiya Kateqoriya:Film festivalları Kateqoriya:ABŞ festivalları