Köhnə rejim () və ya inqilabaqədərki Fransa — Fransada təxminən XVI əsrin sonu - XVII əvvəlindən mövcud olan və Böyük Fransa inqilabına qədər davam edən siyasi və sosial-iqtisadi rejimi xarakterizə edən tarixşünaslıq termini. Fransız tarixçisi P. Huberin yazdığı kimi, “Köhnə rejimin monarxiyası Fransanın XVI əsrin ikinci yarısında dağılmasına səbəb olan vətəndaş müharibələrində yaranmışdır.” Bununla belə, onun bəzi xüsusiyyətləri daha əvvəl yaranmışdır.
Kateqoriya:Fransa tarixi Kateqoriya:Fransız dilində sözlər və ifadələr Kateqoriya:Fransanın iqtisadi tarixi Kateqoriya:Avtoritarizm Kateqoriya:Fransa tarixindəki dövlətlər Kateqoriya:Fransa intibahı Kateqoriya:Fransa orta əsrlərdə Kateqoriya:Fransada köhnə rejim Kateqoriya:XVIII əsrdə Fransa