Mərakeş-Safi zəlzələsi — 8 sentyabr 2023-cü ildə Mərakeşin Mərakeş-Safi bölgəsində baş vermiş Mww 6,8 bal gücündə zəlzələ. Zəlzələnin episentri Marrakeşdən 71,8 km cənub-qərbdə, Atlas dağlarında İqil şəhəri yaxınlığında yerləşib. Zəlzələ dağ silsiləsi altında az dərinlikdəki maillik qırılması nəticəsində baş vermişdir. Ən azı 2946 nəfərin öldüyü, 5600-dən artıq insanın yaralandığı məlumdur. Mərakeşdəki binalara və tarixi abidələrə ziyan dəyib. Zəlzələ İspaniya, Portuqaliya və Əlcəzairdə də hiss olunub.

İstinadlar

Kateqoriya:Mərakeşdə zəlzələlər Kateqoriya:8 sentyabrdakı hadisələr Kateqoriya:2023-cü ildəki hadisələr Kateqoriya:2023-cü ildə Mərakeş