thumb Tərs A (böyük Ɐ, kiçik ɐ, riyazi simvol ∀) – A hərfinin tərsinə çevrilməsi ilə yaranan hərf və simvol.
Müasir istifadə ɐ hərfi beynəlxalq fonetik əlifbada istifadə olunan simvollardan biridir. ∀ simvolu riyaziyyatda universal kvantifikasiyanı bildirmək üçün istifadə olunan məntiq simvoludur və "hamısı üçün" kimi tərcümə olunur. İlk dəfə Qerhard Qentsen tərəfindən 1935-ci ildə istifadə olunmuşdur. O, ilk dəfə Cüzeppe Peano tərəfindən istifadə olunmuş Ǝ simvolundan ilhamlanmışdır.
Tarixi istifadə
Tərs a hərfi Edvard Lluyd və Vilyam Prays tərəfindən Korn dili üçün fonetik simvol kimi istifadə olunmuşdur. Onların kitablarında Ɐ və ɐ simvolları istifadə olunmuşdur.Michael Everson, Proposal to add Latin letters and a Greek symbol to the UCS, ISO/IEC JTC1/SC2/WG2 N3122 L2/06–266 (2006) Simvol XIX əsrdə riyaziyyatçı Çarlz Sanders tərəfindən məntiq simvolu kimi işlədilmişdir.Page 320 in Randall Dipert, "Peirce's deductive logic". In Cheryl Misak, ed. The Cambridge Companion to Peirce. 2004 2023-cü ildə Azərbaycan ordusuna məxsus hərbi texnikanın üzərində yazılmış tərsinə A hərfi Ermənistanda Zəngəzur dəhlizinə müdaxilənin simvolu kimi qiymətləndirilsə də, Azərbaycan tərəfi bu simvolun sadəcə digər ölkəyə aid maşınlardan fərqləndirmək üçün istifadə olunduğunu bildirmişdir.
Akrofoniya prinsipinə görə A hərfi protosinan yazısında öküz (alef) başını təmsil edən simvoldan yaranmışdır. Lakin vaxt keçdikcə simvolun yazıdakı istiqaməti və əsl mənası itmişdir. Tərs A hərfi öküz başı formasında olan loqoqrafik görünüşü bərpa edir.
Populyar mədəniyyətdə 1999-cu ildə yayımlanmış "Turn A Gundam" animesinin stilizə olunmuş adı "∀ Gundam" formasındadır. Rusiya-Ukrayna istehsalı olan "Maski-şou" verilişinin loqosunda A hərfi tərs formada verilmişdir.
İstinadlar
Kateqoriya:Latın hərfləri