Şükrü Sökmensüer və ya İbrahim Şükrü Sökmensüer (d. Skopye, Osmanlı imperiyası; 1890 - ö. Ankara, Türkiyə; 18 oktyabr 1978) - türkiyəli siyasətçi və köhnə daxili işlər naziri. Həyatı 1890-cı ildə Osmanlı imperiyasının Balkan bölgəsində yerləşən şəhəri olan Skopyedə dünyaya gəlmiş və Ərkanı Hərbiyyədən məzun olmuşdur. Hərbi karyerası Osmanlı ordusundakı xidməti zamanı IV Ordu korpusunun IV Ağır topçu alayının birinci taborunun III batareyasında, Çatalca VIII Topçu alayında, XX Ordu korpusunun baş qərərgahında, II Firqənin V Ordu korpusunun I şöbəsində zabit kimi xidmət etmiş, sonradan XV Firqənin ərkani hərbiyyə rəisliyini etmişdir. Türkiyə Respublikasındakı fəaliyyəti Respublikanın qurulmasından etibarən mühüm vəzifələrdə çalışmışdır. Bu vəzifələr bunlardır: Məskunlaşdırma İdarəsi, Asayiş İdarəsi müdürlüyü, Təhlükəsizlik İşləri müdürünün müavini, Trakya Ümummüfəttişliyinin baş müşavirliyi, Təhlükəsizlik Ümümmüdürlüyünün rəhbəri, Hatay Suverenlik Cəmiyyətinin baş katibliyi, Hatay valiliyi, Ticarət Vəkaləti İaşə vəkilliyi, Türk Hava Qurumu başqanlığı, Uşaq Yetişdirmı Qurumu İdarə Heyəti üzvlüyü, Köhnə Döyüşçülər Cəmiyyəti Heysiyyət Divanı başqanlığı. SÖkmensüer Hatayın Türkiyəyə birləşdirilməsində mühüm rol oynamış, bu proses zamanı bir neçə vacib vəzifəni yerinə yetirmişdir. Bundan başqa, Sökmensüer bir neçə dəfə TBMM-ə də seçilmişdir. O. VI çağırış (ara dönəm) və VII çağırış Ərzincandan, VIII çağırış Gümüşxanədən TBMM-ə üzv seçilmişdir. Bundan başqa, o, VII Milli Müdaifə Şurasının rəisliyini yerinə yetirmiş və 1946-cı ilin 7 avqustundan 5 sentyabr 1947-ci ilə qədər Rəcəb Pekər hökumət kabinetində Türkiyənin daxili işlər naziri olmuşdur. Nazirliyi dövründə ölkədəki təriqətlərə və dini cərəyanlara qarşı kəskin mübarizə aparılmışdır.

Hərb, Gümüş Ləyaqət və qırmızı lentli "İstiqlal" medalı ilə mükafatlandırılmışdır. Evli və üç uşaq atası olmuşdur. 18 oktyabr 1978-ci ildə Ankarada vəfat etmişdir. İstinadlar

Mənbə

Kateqoriya:Türkiyənin daxili işlər nazirləri Kateqoriya:1890-cı ildə doğulanlar Kateqoriya:Skopyedə doğulanlar Kateqoriya:1978-ci ildə vəfat edənlər Kateqoriya:TBMM VIII çağırış deputatları Kateqoriya:TBMM VII çağırış deputatları Kateqoriya:Cümhuriyyət Xalq Partiyasının üzvləri Kateqoriya:"İstiqlal" medalı ilə təltif olunanlar (Türkiyə)