Myriam Fatime Sylla () — Fil Dişi Sahili Respublikası əsilli italyan voleybolçu. 12 yaşında təsadüfən voleybol məşqinə qatıldıqdan sonra bu idman növünə maraq göstərməyə başlayıb və tezliklə yerli komandada oynamağa başlayıb.

Karyerası

Klub Karyerası

2011–2013: MC-Carnaghi Villa Cortese – burada Serie A1-də çıxış edib. 2013–2018: Volley Bergamo – 2016-cı ildə İtaliya Kubokunu qazanıb. 2018–2022: Imoco Volley Conegliano – bu dövrdə 3 dəfə İtaliya çempionu, 3 dəfə İtaliya Kuboku və 4 dəfə Superkubok qalibi olub. 2019-cu ildə Klub Dünya Çempionatını və 2020–21 mövsümündə CEV Çempionlar Liqasını qazanıb. 2022–indiyədək: Vero Volley Milano – hazırda bu klubda çıxış edir.

Mənbələr

Kateqoriya:2015 Avropa Oyunlarında voleybolçular Kateqoriya:Yaşayan insanlar Kateqoriya:1995-ci ildə doğulanlar Kateqoriya:Voleybol Kateqoriya:İtaliya voleybolçuları Kateqoriya:Qalatasaray QVK voleybolçuları Kateqoriya:Olimpiya qızıl medalına sahib İtaliya idmançıları Kateqoriya:2024 Yay Olimpiya Oyunları çempionları