Castin Cekob Lonq (; ) — amerikalı aktyor. Qorxu və komediya filmlərindəki rolları ilə məşhurlaşıb. O, "Jeepers Creepers", "Accepted", "İdiokratiya", "Məni cəhənnəmə sürüklə", "Kometa", "Barbar" daxil olmaqla müxtəlif filmlərdə rol almışdır. 2007-ci ildə çəkilmiş "Elvin və burunduklar" filmində Elvin Sevili səsləndirib. O, həmçinin "Ed" və "F is for Family" teleseriallarında oynayıb.

Həyatı Castin Lonq 2 iyun 1978-ci ildə Konnektikutun Feyrfild şəhərində anadan olub. Üç qardaşdan ortancılıdır. Atası Ceyms Lonq Feyrfild Universitetində Latın dili professoru olub, anası Wendy Lesniak isə keçmiş aktrisadır. O, italyan kökənlidir.

Filmoqrafiya Jeepers Creepers (2001) Jeepers Creepers 2 (2003) Gözləyirəm... (2005) Accepted (2006) İdiokratiya (2006) Elvin və burunduklar (2007) Pineapple Express (2008) Məni cəhənnəmə sürüklə (2009) Gülməli adamlar (2009) Planet 51 (2009) Kometa (2014) Barbar (2022)

İstinadlar

Kateqoriya:ABŞ aktyorları Kateqoriya:ABŞ səs aktyorları Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:Almanəsilli amerikalılar