Corc Vinsent Qilliqan Cr. (; ) — amerikalı ssenarist, prodüser və rejissor. AMC kanalında yayımlanan "Breaking Bad" və onun spin-offu olan "Ən yaxşısı Sola zəng et" teleserialının yaradıcısıdır. O, həmçinin "Məxfi materiallar" teleserialının icraçı prodüseri olmuşdur. Qilliqan dörd "Praymtaym Emmi" və bir "BAFTA" mükafatı laureatıdır.

Qilliqan televiziyadan əlavə, 2008-ci ildə işıq üzü görmüş "Henkok" filminin ssenarisini yazmışdır. Həmçinin o, 2019-cu ildə ekranlara çıxan "Breaking Bad" serialının davam filmi olan "El Kamino"nun rejissorluğunu və prodüserliyini etmişdir.

Həyatı Vins Qilliqan 10 fevral 1967-ci ildə Virciniya ştatının Riçmond şəhərində anadan olub. Onun anası Gail ibtidai məktəb müəllimi, atası Corc sığorta sahəsində çalışıb. Valideynləri 1974-cü ildə boşanıblar. Vins və kiçik qardaşı Patrik Farmville və Chesterfield County-də böyüyüblər. Onlar J. P. Wynne Campus Məktəbində təhsil almışdılar. Qilliqan Volter Vaytın dərs dediyi uydurma məktəbə öz oxuduğu J. P. Wynne məktəbinin adını qoymuşdur."Breaking Bad Biography" AMC June 29, 2013

İstinadlar

Kateqoriya:XXI əsr ABŞ yazıçıları Kateqoriya:ABŞ ssenaristləri Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:Qızıl Qlobus mükafatı laureatı prodüserlər