Gün çıxması əməliyyatı () — Vyetnam müharibəsi zamanı Cənubi Vyetnamın Vyetkonqa (VC) qarşı uzunmənzilli əks-hücumunun ilk mərhələsi. 1962-ci ilin martında Birləşmiş Ştatlarla birlikdə başladılan əməliyyatın məqsədi müasir ABŞ hökumət sənədlərinə görə "Vyetkonqu Sayqondan 40 mil şimal-qərbdəki ərazidən təmizləmək" idi. Sayqondan uzaqlıqda yerləşən Binzıonq vilayətinin Benkat rayonundan Teynin və Fıoktuy vilayətlərini əhatə etmişdir. "Strateji hamletlər" anlayışı "Gün çıxması" əməliyyatının bir hissəsi kimi formalaşdırılmışdı və əməliyyat bunun əsasında yaranmış Strateji Hamlet Proqramı üçün "sınaq sahəsi" rolunu oynayırdı. Əməliyyat daha geniş Ürəklər və ağıllar kampaniyasının bir hissəsi olaraq istənilən effekti verə bilməmişdir. Ərazidə Vyetkonq elementlərinin sayının azaldılmasında uğur qazanılmasına baxmayaraq, yerli vətəndaşlar öz evlərindən çıxarılmasının əleyhinə idilər. 70 ailənin könüllü olaraq köçürülməsi və daha 140 ailənin hədə-qorxu ilə köçürülməsi nəticəsində yerli əhalinin müharibə səylərinə dəstəyi şübhə altına düşmüşdü. ABŞ Beynəlxalq İnkişaf Agentliyi köçürülən ailələrə 300 min dollar təzminat ayırmışdı. ABŞ əsgərlərinin hamletlərə baxışları bəzən rəğbətlə qarşılanırdı, general Tomas Bovenin saxladığı əsgər mahnılarından ibarət mahnılar toplusunda hamletlərdə saxlanılan kəndlilər ilə empatiya hissi nümayiş olunurdu.

İstinadlar

Kateqoriya:Vyetnam müharibəsinin əməliyyat və döyüşləri Kateqoriya:1962-ci ildəki münaqişələr Kateqoriya:1962-ci ildə Vyetnam Kateqoriya:ABŞ-nin döyüşləri