Bürünlü — Azərbaycan Respublikasının Zəngilan rayonunun Şərikan kənd inzibati ərazi dairəsində kənd.
Kənd Oxcu çayının (Arazın qolu) sahilində, dağətəyi ərazidədir. Zəngəzur silsiləsində Xüstüb dağının tirələrindən birinin sərt döngəli çıxıntısında yerləşdiyi üçün belə adlanır. Kəndi dərzili tayfasına mənsub ailələr salmışlar. Yerli əhali tərəfindən Burundu kimi tələffüz edilir.
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
İstinadlar
Kateqoriya:Zəngilan rayonunun kəndləri