Kuanqçi (, ) — Vyetnamın mərkəzi hissəsində, Kuanqçi vilayətində şəhər və liman. Əhalisi 20 min nəfərdən azdır.

Tarixi Şəhərin əsas xüsusiyyəti 1824-cü ildə tikilmiş Kuanqçi qalasıdır.Quang Tri Citadel Vietnam Tourism Information Vietnam Tourism Association

1950–1970-ci illərdə şəhər Cənubi Vyetnam ərazisində yerləşirdi və eyniadlı vilayətin mərkəzi idi. Vyetnam müharibəsi zamanı üç dəfə döyüş səhnəsinə çevrilmişdir. 1968-ci ilin yanvarında Tet hücumu zamanı kommunist qoşunları ilk dəfə şəhərə basqın etməyə cəhd etmiş, lakin uğursuz olmuşdur. Pasxa hücumu zamanı onlar 1 may 1972-ci ildə Kuanqçini ələ keçirməyi nail olmuş, 16 sentyabrda Cənubi Vyetnam ordusu döyüşlər zamanı böyük ziyan dəymiş şəhərə nəzarəti yenidən bərpa etmişdilər. Şəhər 19 mart 1975-ci ildə Bahar hücumunun zirvəsində Şimali Vyetnam Ordusu tərəfindən birdəfəlik ələ keçirilmişdir.

İstinadlar

Əlavə ədəbiyyat

Xarici keçidlər

Quang Tri Citadel

Kateqoriya:Vyetnam şəhərləri