right|thumb|267x267px|Fiame Naomi Mataafa Gender Ədalətinin İnkişafı Proqramı üzrə BRIDGE təlim seminarında çıxış edirkən;
Samoa — 19 yanvar 2014-cü il right|thumb|267x267px|Fiame Naomi Mataafa (ayaq üstdə, ən solda) Sakit okean adaları liderlərinin ABŞ Dövlət katibi Kondoliza Rays ilə görüşündə (ortada)
Samoada — 26 iyul 2008-ci il Afioga Fiamē Naomi Mata afa () () Samoanın yeddinci Baş Naziridir və eyni zamanda Faatuatua i le Atua Samoa ua Tasi (FAST) partiyasının lideri vəzidəsində -ci ildən bəri xidmət edən Samoalı siyasətçi və ölkənin Ali Rəisdir (matai).
Samoa tarixinin ilk baş naziri olmuş Fiamē Mataʻafa Faumuina Mulinuʻu II- nin qızı olan Mata'afa da öz növbəsində Samoanın hökumət başçısı vəzifəsini icra edən ilk qadın və 1982-ci ildən bəri İnsan Hüquqlarını Müdafiə Partiyasının (HRPP) üzvü olmayan ilk qadın siyasətçidir. 2020-ci ilə qədər HRPP-nin üzvü olub, O həm də Samoa tarixində Nazirlər Kabinetinə təyin olunan ilk qadın olub. Mata'afa 1991–2006-cı illər arasında ölkədə baş nazir postunu tutmuş Tofilau Eti Alesana və Tuilaʻepa Saʻilele Malieleqaoi hökumətlərində Təhsil Naziri vəzifəsini icra etmişdir. Bundan əlavə o, 2006–2011-ci illərdə Qadın naziri, 2011–2016-cı illərdə isə Ədliyyə naziri vəzifələrini icra edib.
Mata'afa 2016–2020-ci illər arasında Samoanın ilk qadın baş nazirinin müavini və HRPP liderinin müavini vəzifəsində çalışıb, ancaq o mübahisəli Torpaq və Titllər Qanununa qarşı istefa verib. Növbəti il yeni yaradılmış FAST partiyasına qoşuldu. Partiyanın 2021-ci ilin martında keçirdiyi seçdikdə yekdilliklə partiyanın lideri seçildi
Mata 2021-ci il seçkilərində lazım olan səs çoxluğunu qazandı, lakin məğlub olan keçmiş Baş nazir Tuilaepa Sailele Malielegaoi vəzifəsini tərk etməkdən imtina etdi və yaranmış bu vəziyyət 2021-ci ildə Samoa konstitusiya böhranına səbəb oldu. Böhran 23 iyul 2021-ci ildə Samoanın Apellyasiya Məhkəməsi tərəfindən həll edildi və məhkəmə Mata fanın həmin ilin 24 Maydan bu yana ölkənin baş nazir olduğuna qərar verdi.
İstinadlar
Xarici keçidlər