thumb|right|300px|Curoku Rakan İva. – Yaponiyanın Yamaqata prefekturasının Yuza qəsəbəsində yerləşən abidə. Abidə vulkanik qayalıqda oyulmuş rakanların (buddizmdə nirvanaya çatmış şəxs) təsvirlərindən ibarətdir.

Xüsusiyyətlər Abidə Kayzen məbədindən olan zen buddist keşişi İşikava Kankay tərəfindən 1864–1868-ci illərdə hazırlanmışdır. Abidənin adı "16 rakan qayası" olsa da, əslində burada ümumilikdə 22 daş fiqur yerləşir: 16 rakanla yanaşı, Şakyamuni, Mancuşri, Fuqen və arvadı, Avalokiteşvara və Şarira fiqurları da abidəyə daxildir. Abidə dənizdə ölmüş balıqçıların xatirəsinə hazırlanmışdır. Bu abidədəki "mühafizəçilərin" okeana yelkən açan dənizçiləri qoruduğuna inanılır.

Abidə "Yaponiyanın 100 balıqçılıq kəndi irsi yeri" siyahısına daxil edilmişdir. Hər il abidə üçün xatirə festivalı keçirilir və gecə fiqurlar işıqlandırılır.

Qalereya

İstinadlar

Xarici keçidlər

Yaponiyanın 100 balıqçılıq kəndi irsi yeri

Kateqoriya:Yamaqata prefekturasının görməli yerləri Kateqoriya:Yaponiyada balıqçılıq sənayesi Kateqoriya:Yaponiya abidələri Kateqoriya:Yaponiyadakı heykəllər Kateqoriya:Yamaqata prefekturası tikililəri