Səmud (, ) — şimal-qərb Ərəbistan yarımadasında qədim ərəb qəbiləsi və ya qəbilə konfederasiyası. Onlar ilk olaraq Assuriya mənbələrində təsdiq olunduğu kimi e.ə. VIII əsrin sonlarından b.e. V əsrinə qədər mövcud olmuşdular. Assuriya və Roma mənbələrinə görə Səmud krallığı Ərəbistan yarımadasında mövcud olan ilk krallıq idi. Ərəb ənənəsi Səmud dövlətinin tanrı tərəfindən məhv edildiyini iddia edir. Onun yazılı qanunu yox idi, lakin qəbilə başçısı hökmdar rolunu oynayırdı. Səmudlar çağdaş Mesopotamiya, Antik və ərəb mənbələrində, o cümlədən 160-cı illərdə səmudların özləri tərəfindən tanrı İlah üçün ucaldılmış məbəddəki yazılarda xatırlanır. Onların qədim ərəbcə danışdıqları güman olunur.
İstinadlar
Əlavə ədəbiyyat
Xarici keçidlər
Kateqoriya:Ərəb etnik qrupları Kateqoriya:Səudiyyə Ərəbistanı tarixi Kateqoriya:Ərəbistan yarımadasının tarixi Kateqoriya:Qədim xalqlar Kateqoriya:Qədim Yaxın Şərq Kateqoriya:İslam tarixi Kateqoriya:Quranda adı çəkilənlər Kateqoriya:V əsrdə ləğv olunmuş dövlətlər və ərazilər