Jeyhun Samedov və ya Ceyhun Səmədov ― azərbaycanlı ifaçı və bəstəkar.

2019-cu ildə ifa etdiyi "Tufan var" və 2022-ci ildə ifa etdiyi "Getmə" mahnısı 2023-cü ildə Azərbaycan reytinqlərində ilk yerləri tutub.

Haqqında Ceyhun Səmədov 1990-cı il dekabrın 18-də Bakı şəhərində anadan olub. Orta təhsilini altıncı sinifə qədər 10 nömrəli məktəbdə daha sonra isə 76 nömrəli məktəbdə alıb.

2008-ci ildə Yusif Qasımlı ilə birlikdə "Sirat" rok qrupunu yaradıb. Daha sonra qrupa Anar Bünyad da qoşulub. Qrup fəaliyyət göstərdiyi 5 il ərzində 15 mahnı bəstələyib ifa ediblər. "Röya", "O dönəcək", "Sərxoş" kimi mahnıları daha çox tanınıb. 2013-cü ildə "Sirat" rok qrupu dağılıb.

2015-ci ildə Okaberlə birlikdə "Zibil maşını" mahnısını, 2016-cı ildə isə "Çağır gəlim" adlı mahnını birlikdə ifa edirlər.

2018-ci ildə Elgün Ataxanlı ilə birlikdə işləməyə başladıqdan sonra səhnədə "Jeyhun Samedov" adı altında çıxış etməyə başlayıb. 2019-cu ildə "Tufan var", 2022-ci ildə isə "Getmə" mahnısını oxuyub. Hər iki ifa 2023-cü ildə Azərbaycan reytinqlərində ilk yerləri tutub.

Ailəsi Mirabdulla Səmədov və Sürəyya Səmədovanın ailəsində dünyaya gəlib. Atası Mirabdulla Səmədov 1992-ci ildə Birinci Qarabağ müharibəsi iştirak edib və itkin düşüb.

İstinadlar

Xarici keçidlər

Jeyhun Samedov - Getmə ( Behind the scenes ) Yeraltı: Söhbət var #127 Jeyhun Sameov / Yeraltı Şans Var - Ceyhun Səmədov və Mərdan Kazımov (05.06.2023) / Space TV “Tufan var” və “Getmə” mahnıları ilə məşhurlaşan Ceyhun Səmədov qonağımız oldu / İctimai TV