Yuxarı Ağcayazı — Azərbaycan Respublikasının Ağdaş rayonunun Yuxarı Ağcayazı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Ağdaş rayonunun Yuxarı Qolqəti kənd Sovetinin Yuxarı Ağcayazı kəndi Dəhnəxəlil kənd Sovetinin tərkibinə verilmişdir. 9 oktyabr 2007-ci il tarixli 425-IIIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Ağdaş rayonunun Yuxarı Ağcayazı kəndi Dəhnəxəlil kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Yuxarı Ağcayazı kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Toponimikası Ağdaşda iki eyniadlı kənd olduğu üçün birinci komponent həmin yaşayış məntəqələrini fərqləndirmək məqəsdi ilə işlədilir. Toponim türk mənşəli "ağca" — rəng, "yazı" isə — çöl, düz, düzənlik mənasını ifadə edir.
Tarixi Kənd 1712-ci ildə yaranmışdır.
Coğrafiyası və iqlimi Kənd rayon mərkəzindən 27 km aralı, Şirvan düzündə yerləşir.
Əhalisi Əhalisi 641 nəfərdir
Tanınmış şəxsləri Heydərov Arif Nəzər oğlu – Azərbaycan SSR daxili işlər naziri
İqtisadiyyatı Kəndin ərazisi 717 ha, kənddəki təsərrüfatların sayı 200-dür. Əhali əsasən əkinçilik, maldarlıq və meyvə-tərəvəzçiliklə məşğul olur.
Mədəniyyəti Kənddə klub və kitabxana mövcuddur.
Təhsil Kənddə tam orta məktəb fəaliyyət göstərir.
Din
Səhiyyə Kənddə feldşer-mama məntəqəsi var.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Ağdaş rayonunun kəndləri