Əlaqəli damarlar — eyni venoz sistemin 2 fərqli nöqtəsi ilə əlaqə quran venalar. Səthi venoz sistemi dərin venoz sistemlə birləşdirən digər venalara perforator venalar deyilir.
Onlar böyük dəri altı venasını kiçik dəri altı vena ilə əlaqələndirə bilərlər (məsələn, Giakomini venası).
Giakomini venası
Giakomini venası — böyük dərialtı vena (BDV) və kiçik dərialtı vena (KDV) arasında birləşdirici damardır.
Giakomini venası ya gövdənin proyeksiyası kimi, ya da kiçik dərialtı venanın qolu kimi budun arxası boyunca uzanır.
Giakomini venasının çatışmazlığı təcrid olunmuş şəkildə özünü göstərə bilər, lakin daha çox böyük dərialtı vena çatışmazlığı ilə birlikdə müşahidə olunur. Bunun ya endovenöz lazer ablasiyası, ya da ultrasəslə idarə olunan skleroterapiya ilə effektiv şəkildə müalicə olunduğu bildirilir.
İstinadlar
Kateqoriya:Anatomiya qaralamaları Kateqoriya:Damarlar