Anita Rozali Nyukom Makqi (; ) – ABŞ ordusundakı xidmətlərinə görə tanınan amerikalı həkim. Rus-yapon müharibəsində Qırmızı xaç könüllüsü kimi iştirak etmişdir.
Həyatı Anita Nyukom 1864-cü ildə Vaşinqton şəhərində doğulmuşdur. 1892-ci ildə Kolumbiya kollecini (indiki Corc Vaşinqton Universiteti) bitirmiş, Vaşinqtonda tibblə məşğul olan azsaylı seçilmiş qadınlardan biri olmuşdur. 1898-ci ildə İspaniya–ABŞ müharibəsi başlayanda Makqi Amerika İnqilabının Qızları təşkilatı üçün könüllü tibb bacıları hazırlamışdır. Makqinin təşkilatçılıq bacarığı onu ABŞ ordusundakı yeganə qadın köməkçi cərrah seçilməsinə gətirib çıxarmışdır. Müharibədən sonra daimi tibb bacısı korpusunun yaradılması üçün çalışmış və ABŞ Ordusunun Tibb Bacıları Korpusunun qurucusu olmuşdur.
1903-cü ilin iyununda – Rus-yapon müharibəsinin başlamasına az qalmış Yaponiya diplomatı Takahira Koqoroya məktub yazmış və Yaponiya hökuməti üçün tibb bacısı supervayzeri kimi könüllü xidmət göstərmişdir. 1904-cü ilin aprelində 9 tibb bacısından ibarət komanda ilə Yokohamaya gəlmiş, 6 aylıq xidmətdən sonra 1904-cü ilin noyabrında ölkəsinə qayıtmışdır. Komanda hərbi obyektlərdə yaponların tətbiq etdikləri tibbi müalicə metodlarını müşahidə etmiş, Yapon Qırmızı Xaç təşkilatı üçün tibb bacısı yetişdirmişdir. İyun ayında yaponlara aid "Hakuai Maru" gəmi-xəstəxanasında olmuş, Matsuyamadakı hərbi xəstəxanada saxlanılan rus əsirləri ziyarət etmişdir. Makqi ABŞ-yə qayıtdıqdan sonra Rus-yapon müharibəsi haqqındakı təcrübələri haqqında əsərlər yazmış və mühazirələr vermişdir.
Ədəbiyyat
İstinadlar
Xarici keçidlər Arlinqton milli qəbiristanlığı
Kateqoriya:ABŞ həkimləri Kateqoriya:Rus-yapon müharibəsi iştirakçıları Kateqoriya:Yaponiyadakı ABŞ qürbətçiləri Kateqoriya:Qadın həkimlər Kateqoriya:ABŞ tarixçiləri