Qasımbəyli — Azərbaycan Respublikasının Bərdə rayonunun Kələntərli kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Qarabağ düzündədir. XIX əsrin əvvəllərində Şirvan mülkədan Böyük Qasım bəyə məxsus ailələr general V.Mədətova bağışlanmış və o da bu ailələri Qarabağa köçürmüşdü. Yaşayış məntəqəsi Qasım bəyin adını daşımış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Qeyd edək ki, Ağsu rayonunun Ərəbmehdibəy inzibati ərazi vahidində, Goranboy rayonunun Tap Qaraqoyunlu inzibati ərazi vahidində, Cəlilabad rayonunun Şiləvəngə inzibati ərazi vahidində və Sabirabad rayonunun eyniadlı inzibati ərazi vahidində də bu adda toponimlər mövcuddur. Ancaq bu toponimlərin yaranma tarixləri və toponimkası müxtəlifdir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti, II cilddə. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. II cild səh.42
İnfrastruktur 2015-ci ilin aprel ayının 1-də kəndə ilk dəfə olaraq təbii qaz verilmişdir.Bu kəndə ilk dəfə qaz verildi. qafqazinfo.az, 01.04.2015
Həmçinin bax Körpüsındıran bələdiyyəsi
İstinadlar
Kateqoriya:Bərdə rayonunun kəndləri