Kainatın istilik ölümü, həmçinin Böyük Donma () — termodinamikanın ikinci qanununun bütün Kainata ekstrapolyasiyası əsasında 1865-ci ildə alman fizik Rudolf Klauzius tərəfindən irəli sürülmüş fərziyyə. Klauziusun fikrincə, zaman keçdikcə kainat nəhayət termodinamik tarazlıq vəziyyətinə və ya “termal ölüm” (istənilən qapalı termodinamik sistemin son vəziyyətini təsvir edən termin) vəziyyətinə gəlməlidir.Plait, Philip Death From the Skies!, Viking Penguin, NY, ISBN 978-0-670-01997-7, p. 259 Əgər Kainat düz və ya açıqdırsa, o, əbədi olaraq genişlənəcək və belə bir təkamül nəticəsində onun “istilik ölümü” vəziyyətinə çatacağı gözlənilir. Əgər kosmoloji konstant müsbət olarsa, son müşahidələrin göstərdiyi kimi, kainat sonda maksimal entropiya vəziyyətinə yaxınlaşacaq..
İstinadlar Kateqoriya:Termodinamika
Kateqoriya:Astronomik hipotezlər Kateqoriya:Kosmologiya Kateqoriya:Qiyamət ssenariləri Kateqoriya:1851-ci ildə elm