Alıxan pəyəsi körpüsü — Dərələyəz mahalının Keşişkənd (06.12.1957-ci ildən — Yeğeqnadzor) rayonu ərazisində, Səlim çayının üzərində, Qoytul kəndi ilə Həsənkənd kəndi arasında, hazırda xarabalıqları qalan Alıxan pəyəsi kəndinin aşağısında yerləşən biraşırımlı daş körpüdür.

Haqqında Tarixi abidənin hazırda Səlim çayının sağ sahilində bir hissəsi qalmaqdadır. Körpünün yerində çayın sağ və sol sahilləri arasında məsafə 13 m, körpünün eni 4 m, su səthindən orta xətti 9 m, ümumi uzunluğu 30 m olmuşdur. Körpü divarındakı kitabələrin birində Süleyman şahın adı qeyd olunduğundan onun 1666-cı ildə tikildiyi ehtimal edilsə də, körpünün 1340–1344-cü illərdə Elxani hökmdarı Süleyman xan tərəfindən tikdirilməsi versiyası da mövcuddur.

Memarlıq xüsusiyyətləri Dədəli körpüsünə oxşar xüsusiyyətlərə malikdir. Körpünün tağbəndini tamamlayan hörgü cərgəsi, ümumi səthdən geri çəkilmişdir. Körpünün aşırımı təqribən 4 metr, çay səviyyəsindən ən hündür yeri 9 metr, yerüstü uzunluğu isə 30 metrdir.

İstinadlar

Xarici keçidlər Qerbi Azerbaycan-biblioqrafiya

Kateqoriya:Ermənistan abidələri