İslam Silahlı Hərəkatı, həmçinin Əlcəzair İslam Silahlı Hərəkatı və ya Silahlı İslam Hərəkatı (; , ) — 1980–1990-cı illərdə Əlcəzairin şimalında fəaliyyət göstərmiş islamçı gerilla qrup və terror təşkilatı. Qrup Əlcəzairdə 1980-ci illərin ən böyük və ən geniş əsaslı islamçı ekstremist təşkilatı idi. Qruplaşma 1981-ci ildə, 1982-ci ilin aprelində və ya 1982-ci ilin iyulunda təhlükəsizlik xidmətləri ilə qarşıdurmadan sonra Mustafa Buyalı tərəfindən yaradılmışdır. Lərba rayonunda hökumətə qarşı hücumlar həyata keçirən qruplaşma kiçik qrupların ittifaqı kimi çıxış etmiş, Buyali isə özünü əmir elan etmişdi. Onlar İkinci Dünya müharibəsinin makilərinə bənzər gerilla müharibəsi ilə məşğul idi və ekstremist qruplar üçün ideal ərazini təmin etdiyinə görə Atlas dağları və Blida vilayətinin şəhərətrafı sahəsində yerləşirdi.
İstinadlar
Kateqoriya:1981-ci ildə yarananlar Kateqoriya:1982-ci ildə yarananlar Kateqoriya:Terror təşkilatları