Nasr Esports – 2016-cı ildə yaradılmış, əsasən Türkiyədə fəaliyyət göstərən BƏƏ kiberidman klubu. "League of Legends", "Valorant", "Counter-Strike: Global Offensive" kimi komandaları mövcuddur.

League of Legends Klub 2021-ci ilin yavarında Türkiyənin "Royal Youth" klubunu satın alaraq öz "League of Legends" komandasını qurmuşdur. 2021-ci ilin yanvarında yaradılmış və 2021 mövsümündə Türkiyə Çempionluq Liqasında çıxış etməyə başlamışdır. Onlar qış splitinin normal liqasında üçüncü yeri tutmuş və 1/4 finalda məğlub olmuşdurlar. Yay splitində isə normal liqanı ikinci yeri tutmuş, finala qədər irəliləyərək "Galatasaray" klubuna 0-3 hesabı ilə məğlub olmuşdurlar. 2022 mövsümünün qış splitində komanda növbəti dəfə 1/4 finalda məğlub olmuşdur. Yay splitində normal liqanı cəmi 1 məğlubiyyətlə birinci yerdə tamamlasalar da, mübarizəni yarımfinalda dayandırmışdırlar.

2023 mövsümündə komanda ən uğursuz mövsümünü keçirərək qış splitinin normal liqasını beşinci yerdə başa vurmuşdur.

Heyət

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Türkiyə Çempionluq Liqası komandaları Kateqoriya:Türkiyənin kiberidman komandaları