right|thumb|Kennedi, ərinin öldürülməsindən bir neçə saat əvvəl təyyarədən enərkən. Jaklin Buvye Kennedinin çəhrayı Chanel kostyumu () — Jaklin Kennedinin əri prezident Con Kennedi 22 noyabr 1963-cü ildə Dallasda, Texasda sui-qəsd nəticəsində öldürüldükdə geyindiyi çəhrayı kostyum. O, həmin gün günorta yeni prezident Lindon Consonun and içməsi zamanı və Vaşinqtona qayıdarkən onun qanına boyanmış kostyumu geyinməkdə israr etmişdi. Jaklin Kennedi dəb ikonası idi və bu kostyumun onun geyim əşyaları arasından ən çox istinad ediləni olduğunu demək olar.
Sui-qəsd right|thumb|Conson prezident kimi and içərkən qana bulaşmış çəhrayı kostyumunu geyinmiş Jaklin Kennedi. Avtomobil Dallasda yerli küçələrlə hərəkət edərkən Jaklin Kennedi üstü açıq prezident limuzininin arxa oturacağında prezidentin sol tərəfində oturmuşdu. Odur ki, Con Kennedi başından vurulduqdan dərhal sonra onun qanı Jaklinin kostyumuna sıçramışdı.
Xəstəxanada Kennedi qana bulaşmış kostyumu geyinməyə davam etmi., lakin papağını çıxartmışdı. Bu gün papağın harada olduğu bilinmir və ona sahib olduğu məlum olan sonuncu şəxs - Jaklinin şəxsi katibi Meri Qallaqer 2022-ci ildə ölümündən əvvəl onun yerini açıqlamaqdan imtina etmişdir.Fiore, Faye,, Austin American-Statesman, January 30, 2011. Accessed May 6, 2011 Bir neçə nəfər Kennedidən kostyumunu dəyişmək istəyib-istəmədiyini soruşsa da, o, imtina etmişdi. Con Kennedinin həkimi, admiral Corc Burklinin məsləhətinə baxmayaraq o, həmin kostyumu and içmə mərasimi zamanı vitse-prezident Consonla yanaşı geyinmişdir. Mərasimin fotoşəkilində (sağda) qan ləkələri kostyumun sağ tərəfində olduğu üçün görünmür.
Vitse-prezidentin həyat yoldaşı Ledi Bird and içmə mərasimini belə xatırlayır:
Jaklin Kennedi qana bulaşmış kostyumu çıxarmaqdan imtina etdiyinə görə peşman olmamış, onun yeganə peşmançılığı Conson and içməzdən əvvəl üzünün qanını yuması olmuşdur.
Tarixi əhəmiyyəti Kennedinin Chanel kostyumuna "Amerikanın tarixi vicdanında əbədi olaraq yer alacaq məşhur çəhrayı kostyum" (), "amerikalıların saxladığı unudulmaz şəkillərdən biri: qana bulaşmış çəhrayı Chanel kostyumdakı Ceki", (), "Amerika tarixindəki ən əfsanəvi geyim",() və "sona çatan məsumiyyətin simvolu" () kimi müxtəlif formalarda istinad olunmuşdur.
Geyim hal-hazırda Milli Arxivdə ictimaiyyətə qapalı şəkildə saxlanılır. Kennedinin sağ qalan yeganə varisi Karolina Kennedinin imzaladığı sənədə görə kostyum ən azı 2103-cü ilə qədər ictimaiyyət tərəfindən görülməyəcək. O zaman, 100 illik sənədin əhəmiyyəti başa çatdıqda, Kennedi ailəsinin övladları məsələni yenidən müzakirə edəcəklər.
Mədəniyyətdə istinadlar Kostyumun yenidən yaradılmış nüsxələrindən biri 2011-ci ildə yayımlanan The Kennedys mini-seriyalı üçün Giorgio Armani tərəfindən hazırlanmışdır. 2016-cı ildə çəkilmiş, Natali Portmanın Kennedini canlandırdığı Jackie filmi üçün kostyumun nüsxəsini isə dizayner Medlin Fonteyn hazırlamış, kostyum üçün düymələr, zəncir və etiket Chanel tərəfindən təmin edilmişdir. Kostyumun nüsxələrindən biri də "Tac" seriyalının ikinci mövsümünün "Dear Mrs. Kennedy" adlı 8-ci bölümü üçün hazırlanıb. 1996-cı ildə Simpsonlar seriyalının bölümlərindən birində Marc Simpsonun geyindiyi Chanel kostyumu Kennedinin kostyumu əsasında hazırlanmışdır. İstinadlar
Kateqoriya:1960-cı illərdə dəb Kateqoriya:Chanel Kateqoriya:Con Kennedinin qətli