link=https://en.wikipedia.org/wiki/File:Jews_rounded_up_at_Fr%C3%A4nkischen_Hof_assembly_center_in_Kitzingen.jpg|thumb|Yəhudilərin Kitsingendən deportasiyası. Burada yəhudiləri (qurbanlar), yerli qeyri-yəhudiləri (müşahidəçilər) və polisləri (cinayətkarlar) görmək mümkündür. Cinayətkarlar, qurbanlar və müşahidəçilər soyqırımşünaslıqda soyqırımın iştirakçıları və müşahidəçilərini təsnif etmək üçün tipologiya. İlk dəfə Raul Hilberq tərəfindən 1992-ci ildə "Perpetrators Victims Bystanders: Jewish Catastrophe 1933–1945" kitabında təklif edilmişdir. Bu, soyqırımşünaslığın əsas elementi hesab edilsə də, həmçinin qeyri-müəyyənliyə və həddindən artıq ümumiləşdirməyə səbəb olduğu üçün tənqid edilmişdir. Yan Qross xilaskarlar və benefisiarların təsnifata əlavə edilməsini təklif etmişdir. Robert Erenreyx təklif etdi ki, cinayətkar, müşahidəçi və ya qurban olmaq diskret təsnifat deyil, sürüşmə miqyasındadır. Triada soyqırım psixologiyasının öyrənilməsində də istifadə olunur.
İstinadlar
Əlavə ədəbiyyat
Robben, Antonius C.G.M. and Alexander Laban Hinton (2023). Perpetrators: Encountering Humanity’s Dark Side. Stanford: Stanford University Press. ISBN 978-1-503-63427-5.
Kateqoriya:Holokost tarixşünaslığı Kateqoriya:Holokost terminologiyası