Sabir Məmməd oğlu Ələsgərov () — Azərbaycan diktoru, Azərbaycan Respublikasının xalq artisti (1998).
Həyatı Sabir Məmməd oğlu Ələsgərov 27 oktyabr 1936-cı ildə Tbilisidə anadan olmuşdur.6 aylığından anadan yetim qalan körpəni Qazaxda yaşayan nənəsi böyüdüb, boya-başa çatdırıb. 1949-cu ildə Sabirin atasını Vətəndən sürgün edirlər. 6 il sürgündə olan atası 1955-ci ildə yenidən Tiflisə qayıdır. Yeni ailə qurur. Balaca Sabir isə elə nənəsinin yanında qalır. 10 illik məktəbi bitirəndən sonra Bakıya gəlir. 1961-ci ildə Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu bitirmişdir.
Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində fəaliyyətə başlayan Sabir Ələsgərov 1966–1972-ci illərdə radionun, 1972–1990-cı illərdə isə televiziyanın baş diktoru olmuş, 1990–2006-cı illərdə televiziyanın diktorlar şöbəsinin müdiri vəzifəsində çalışmışdır. "Xəbərlər" informasiya proqramının, "Səadət", "Günün nəbzi", "Səfa" kimi verilişlərin aparıcısı olmuşdur.
Sabir Ələsgərov 20 noyabr 2020-ci ildə vəfat etmişdir.
Təltif və mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 4 noyabr 1998 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 8 may 1990
İstinadlar
Kateqoriya:Diktorlar Kateqoriya:Azərbaycanın televiziya aparıcıları Kateqoriya:Gürcüstan azərbaycanlıları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri