Uğur Mumcu () (1 Avqust 1902 Kırşəhər) (24 Yanvar 1993 Ankara) Türk jurnalist və yazar. Bioqrafiya Ailədə dörd uşağın üçüncüsü olmuşdur. Ankarada məktəbi, sonra 1965-ci ildə Ankara Universitetinin Hüquq fakültəsini bitirmişdir. 1965-1969-cu illərdə öz ixtisası üzrə çalışıb. Sonra 1972-ci ilə qədər Ankara Universitetində çalışıb.
1971-ci ildə Türkiyədə dövlət çevrilişindən sonra Mumcu həbs edilib. Həbsxanada ona işgəncə verilib. Mumcu daha sonra iddia edir ki, ona işgəncə verən adamlar ona deyiblər: “Biz əks-partizanlarıq. Hətta respublika prezidenti də bizə heç nə edə bilməz”.
1974-cü ildən “Yeni Ortam”, 1977-ci ildən “Cümhuriyyət” qəzetində köşə yazıları yazdı
Şəxsi həyat Nejla Güldal ilə evli olmuşdur. Onların Özgür və Özge adlı iki uşaqları olub. Fəaliyyət Araşdırma jurnalistikası ilə məşğul olmuşdur. Bir sıra kitabları nəşr olunub. Ölümü zamanı o, Milli Kəşfiyyat Təşkilatı (MİT) ilə PKK əlaqələrini araşdırırdı.
Mumcu ölümündən bir müddət əvvəl Türkiyə silahlı qüvvələrinə məxsus 100 min odlu silahın İraq kürdlərinin liderlərindən biri olan Cəlal Tələbaninin sərəncamına necə keçdiyini araşdırırdı. Mumcunun ölümündən 25 gün sonra, təyyarə qəzası nəticəsində, bu işi də araşdıran general Eşref Bitlis vəfat edirErgenekon linked to Mumcu murder , Today's Zaman, 5 August 2008. 8 yanvar 1993-cü ildə Mumcu “Cümhuriyyət” qəzetində “Ültimatom” adlı məqalə dərc etdirərək, tezliklə kürd millətçiləri ilə bəzi kəşfiyyat təşkilatları arasındakı əlaqəni ortaya qoyacağı bir kitab nəşr etdirəcəyini bildirmişdiMumcu: «Yakında yayımlanacak bir kitabımda, Kürt milliyetçileri ile istihbarat örgütleri arasındaki ilişkilere ışık tutacak çok ilginç belgeler açıklayacağım!» Quoted in .
Oğlu Özgür Mumcunun sözlərinə görə, 27 yanvar 1993-cü ildə Uğur Mumcu keçmiş prokuror Baki Tuğla ilə görüşməli idi. Uğur Mumcu onunla türk kürdlərinin lideri Abdullah Öcalanın MİT ilə mümkün əlaqələrini müzakirə etmək istəyirdi. 1972-ci ildə Öcalan Ankara Universitetində oxuyarkən bir qrup tələbə ilə birlikdə həbs olunub. Onların işi Buki Tuğ tərəfindən idarə olunurdu. Bir müddət sonra o, MİT-dən həbs olunanların hamısının azadlığa buraxılması əmri alır, çünki onlardan birinin MİT agenti olması bidirilir. Baki Tuğ daha sonra həbs edilənlərdən hansının MİT agenti olduğunu xatırlamadığını bildirmişdi.
Ölümü 1993-cü il yanvarın 24-də Uğur Mumcu evdən çıxır və özünün Renault 12 markalı avtomobilinə minir və onu işə salan zaman partlayış baş verir. Bomba C-4-dən hazırlanmışdır.
Uğur Mumcunun qətlinin üstü hələ də açılmayıb sui-qəsdi Hizbullah və İBDA-C kimi qruplar öz üzərinə götürmüşdür. Sui-qəsddən dərhal sonra hadisə yerini araşdıran ekspertlərin heç bir dəlil tapa bilmədiyi, partlayış nəticəsində ətrafa səpələnmiş və maqqaşla toplanması lazım olan dəlillərin süpürgə ilə süpürüldüyü iddia edilmişdir.
İstinadlar
Kateqoriya:Türkiyədə qətlə yetirilənlər Kateqoriya:Ankara Universitetinin müəllimləri Kateqoriya:XX əsr Türkiyə yazıçıları Kateqoriya:Türkiyədəki üstü açılmamış cinayətlər Kateqoriya:Dramlar Kateqoriya:Türkiyə jurnalistləri