Valentin Yudaşkin (; ) — məşhur sovet və rus rəssam-modelyeri, kutürye.

Həyatı Valentin Yudaşkin 14 oktyabr 1963-cü ildə Moskva vilayətinin Bakovka qəsəbəsində yəhudi ailəsində doğulub. 1986-cı ildə Moskva İndustrial Texnikumunu bitirdikdən sonra modelyer Vyaçeslav Zaytsevin Moskva Moda evində diplomöncəsi təcrübə keçmişdir.

Fəaliyyəti 1987-ci ildə ilk kolleksiyasını yaratdı, 1989-cu ildə isə "Vali-Moda" şirkətini açdı. Eyni dövrdə bir stilist kimi o, sovet estrada artistləri Lüdmila Qurçenko, Layma Vaykule və Alla Puqaçova ilə işləməyə başladı. 1991-ci ildə Parisdə 150 ​​modeldən ibarət Yudaşkinin ilk kolleksiyası təqdim olundu. Həmçinin 90-cı illərdə Yudaşkin Rusiya Olimpiya komandası və Rusiya kişi və qadın futbol komandaları üçün geyimlər hazırlayıb.

Valentin Yudaşkin 2023-cü il mayın 2-də uzunsürən onkoloji xəstəlikdən (böyrək xərçəngi) sonra Moskvada vəfat edib.

İstinadlar

Kateqoriya:Rusiya Rəssamlıq Akademiyasının müxbir üzvləri Kateqoriya:Rusiya dizaynerləri Kateqoriya:Rusiyanın televiziya aparıcıları Kateqoriya:Rusiya Federasiyasının xalq artistləri Kateqoriya:SSRİ rəssamları Kateqoriya:Rusiya rəssamları Kateqoriya:XXI əsr rəssamları