Ser Cerald Vilyam Latberi (; ) — Britaniya dövlət xadimi və hərbi lider, Cəbəllüttariq qubernatoru (1965–1969). O, İkinci Dünya müharibəsi illərində döyüşmüş, Britaniya Ordusunun hava-desant qüvvələrində fərqlənərək Siciliya, İtaliya və Hollandiyada 1-ci Paraşüt Briqadasına komandirlik etmişdir.

Həyatı Ser Cerald Vilyam Latberi 14 iyul 1906-cı ildə Britaniya Hindistanının Murri şəhərində hərbçi, polkovnik Oskar Latberinin ailəsində anadan olmuşdur. O, Vellinqton Kollecini və Sandherst Kral Hərbi Kollecini bitirmişdir. Latberi 1926-cı ildə Oksfordşir və Bukingemşir Yüngül Piyada Ordusuna daxil olmuşdur. O, 1928–1932-ci illərdə Kral Qərbi Afrika Sərhəd Qüvvələrində (Kot-d'İvuar), 1937–1938-ci illərdə Kemberlidə Britaniya Ordusu Qərargah Kollecində yenidən hazırlıq keçmişdir. Latberi 4 fevral 1929-cu ildə leytenant rütbəsinə yüksəlmişdir, O, 21 mart 1938-ci ildə kapitan olmuşdur. Latberi 8 yanvar 1939-cu ilin yanvarında 8-ci piyada briqadası ilə briqada mayoru olmuşdur.

İstinadlar

Xarici keçidlər

British Army Officers 1939−1945 Generals of World War II

Kateqoriya:Britaniya generalları