thumb|Şərqi Avropada və Cənubi Qafqazda Tanınmamış Dövlətlər Birliyi üzvlərini göstərən xəritə, soldan sağa: Dnestryanı, Abxaziya və Cənubi Osetiya (qırmızı). Tanınmamış Dövlətlər Birliyi (, СНГ-2, Содружество непризнанных государств) — keçmiş Sovet İttifaqının ərazisində qondarma və ya BMT üzvü olan bəzi dövlətlər tərəfindən tanınmış, özünü "dövlət" adlandıran qurumları birləşdirən beynəlxalq təşkilatО непризнанных государствах на портале Новая Политика Принять непризнанных .

Tarixi Bu təşkilatın yaradılması haqqında razılıq 2001-ci ildə Qondarma Dağlıq Qarabağ Respublikasının paytaxtı Xankəndidə xarici işlər nazirlərinin görüşündə əldə olunsa da, faktiki olaraq 14 iyun 2006-cı ildə Gürcüstanın Suxumi (Gürcüstandan müstəqilliyini elan etmiş və bir çox ölkələr tərəfindən tanınmayan Abxaziya tərəfindən idarə olunan) şəhərində qondarma və ya qismən tanınnan "dövlətlərin" hökumət rəhbərləri tərəfindən aşağıdakı tərkibdə yaradılıb:

Abxaziyanı Sergey Baqapş təmsil edib.

Cənubi Osetiyanı Eduard Kokoytı təmsil edib.

Dnestryanını İqor Smirnov təmsil edib; Serb Respublikası (serb. Република Српска); Serb Krainası Respublikası (serb. Република Српска Крајина) Qondarma Dağlıq Qarabağ Respublikası bu Təşkilatın işində sonradan iştirak etməyə başlayıb.

Lakin 1995-ci ildə "Tufan Əməliyyatı" nəticəsində Serb Krainası Respublikası Xorvatiyaya birləşdirildi. Eyni ildə Deyton sazişi nəticəsində Serb Respublikası Bosniya və Hersoqovinanın tərkibinə daxil oldu və birgə federasiya yaradıldıГазета Коммерсантъ от 23 ноября 2000.

17 iyun 2007-ci ildə Təşkilat üzvlərindən dördü Tiraspolda "Sülh və ədalətli həll prinsipləri haqqında" Birgə Bəyannamə imzalayıb. Məqsədi Gürcüstan–Abxaziya, Gürcüstan–Osetiya, Azərbaycan–Qarabağ və Moldova–Dnestryanı münaqişələrinin qarşısını almaqdır. Bu müqavilə hərbi yerləşdirmənin, diplomatik təcridin, iqtisadi embarqonun və ya informasiya müharibələrinin qarşısını almaq üçün imzalanıb.

27 sentyabr 2009-cu ildə Təşkilat üzvləri öz "vətəndaşları" üçün viza tələblərini ləğv etmək qərarına gələrək, müvafiq Sazişi imzalayıbla və Saziş Təşkilat üzvlərinin parlament səlahiyyətlərinə bənzər səlahiyyətləri icra edən qurumları tərəfindən təsdiqləndikdən bir ay sonra qüvvəyə minməsi nəzərdə tutulub. Həmin Saziş avtomatik olaraq beş illik müddətə uzadılıb, sonra isə təsdi qaydasıda daha beş il müddətinə uzadılıb. Həmin Saziş təşkilata sonradan qoşulan Qondarma Dağlıq Qarabağ Respublikasına şamil edilməyib.

2017-ci ilə olan məlumata görə, dörd üzv dövlətin ümumi əhalisi 947.480 nəfərdir. Abxaziya və Cənubi Osetiyanı Venesuela, Nikaraqua, Nauru, Rusiya və Suriya kimi Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlərdən başqa Sahara Ərəb Demokratik Respublikası da tanıyıb.

Dnestryanı, Abxaziya və Cənubi Osetiyanın siyasi liderləri öz iqtisadiyyatlarını inteqrasiya edəcəklərinə və ola bilsin ki, Rusiyanın rəhbərlik etdiyi Avrasiya İttifaqına qoşulacaqlarına söz veriblər.

2023-cü il Qarabağ hərbi əməliyyatından sonra həmin ilin oktyabrın 4-də Qondarma Dağlıq Qarabağ Respublikasının paytaxtı Xankəndi Azərbaycanın idarəçiliyinə keçdi və bu "dövlət" süqut etdi.

İkinci Qarabağ Mühribəsindən sonra bu Təşkilaıtn aktivliyi xeyli azalıb, təşkilat üzvləri bir-birlərindən çox RF ilə müqavilələr bağlayıblar. Misal üçün, 2021-ci ildə Abxaziya İctimai Palatası ilə Dnestryanı Respubılikanın İctimai Palatası arasıda saziş imzalanıb.

Rusiya-Ukrayna müharibəsi başlayandan sonra bu Təşkilatın hər hansı aktivliyi müşahidə olunmayıb.

Üzvlər Abxaziya Cənubi Osetiya Dnestryanı

Keçmiş üzvlər Qondarma Dağlıq Qarabağ Respublikası (2007-2023) Serb Respublikası Serb Krainası Respublikası

İstinadlar

Kateqoriya:2006-cı ildə yarananlar Kateqoriya:Tanınmayan və ya qismən tanınan dövlətlər Kateqoriya:Beynəlxalq təşkilatlar Kateqoriya:Şərqi Avropa Kateqoriya:Avropa mərkəzli beynəlxalq təşkilatlar Kateqoriya:Avrointeqrasiya